Üç dəfə ailə həyatı qurdu, keçmiş həyat yoldaşı onu məhkəməyə verdi, deputata evlilik təklif etdi – Nura Suri haqqında MARAQLI FAKTLAR

Üç dəfə ailə həyatı qurdu, keçmiş həyat yoldaşı onu məhkəməyə verdi, deputata evlilik təklif etdi – Nura Suri haqqında MARAQLI FAKTLARBiG.AZ kulis.az-a istinadla müğənni Nuri Surinin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Əsl adı Aynurə Qəzənfər qızı olan Nura Suri 1976-cı il aprelin 15-də Bakıda doğulub.

Müğənninin valideynləri Birinci Qarabağ Müharibəsi veteranıdır.

Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib.

2004-cü ildə İsa Məlikovun "Yol" kompozisiyası ilə şou-biznesə qayıdıb.

Nura Suri sinəsini və qarnını açdı - FOTOLAR, xeberler

Amerikalı reper Brendonla oxuduğu duet - "Əlini çək" müğənniyə böyük uğur qazandırıb.

*

İfaçı bu duetə görə "Qrand" və "İlin mahnısı" mükafatlarına layiq görülüb.

*

"BREEZ" kompaniyasının reklam siması seçilib.

*

Müğənni bir müddət Lider telekanalında aparıcı kimi fəaliyyət göstərib.

*

2009-cu ildə "Sanki gecə idi" adlı ilk albomunu buraxıb.

*

Elton Hüseynəliyevin oxuduğu "Dəli" mahnısını Nura xanım bəstələyib.

*

Üç dəfə ailə qurub. Xosrov, Möhsen və David adlı üç oğlu var. Nura Suri ilk albomunu məhz oğullarına həsr edib.

Nura Suri keçmiş həyat yoldaşı ilə ilk dəfə... -

Onun həyat yoldaşlarından yalnız ikisinin adı ictimaiyyətə məlumdur: Əlirza Suri və Tamerlan. Müğənni çıxışlarında həyat yoldaşlarının tanınmış iş adamları olduğunu söyləyib.

İranlı iş adamı Ə. Suri Nura Suriyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

O, "Olaylar" İnformasiya Agentliyinə məktubla müraciət edərək ifaçının "Suri" soyadını daşımağına qəti etiraz etdiyini bildirib:

"Aynurəni tanıdığım vaxtdan indiyə qədər onun bütün hərəkətlərinə, o cümlədən ləyaqətə xələl gətirə bilən hərəkətlərinə dözmüşəm. İndi isə bu xanımın hərəkətləri çox həssas məqama toxunduğundan dözmək fikrim yoxdur".

Məsələ burasındadır ki, son illər Aynurə saytlarda "Nura Suri" adı altında yarıçılpaq fotoşəkillərini yerləşdirir, seksi ulduz müsabiqələrinə qatılır, üstəlik, feysbukdakı profilində mənim razılığım olmadan fotoşəkillərimi nümayiş etdirir. Ola bilsin ki, Aynurə xanım evində böyüyən üç oğlan uşağından, ata-anasından, müqəddəs ana adından utanmır. Amma onun bu hərəkətləri mənim ailəmi, İslamın namuslu və qeyrətli bəndələri olan valideynlərimi tanıyan hər kəsin qarşısında şərəf və ləyaqətimə toxunur".

***

Müğənni müsahibələrindən birində yenidən ailə qurmaq istəmədiyini deyib:

"Həyatımda kiminsə olmasını istəsəm, olar. Nə problemim var ki. Sadəcə, ailə qurdum alınmadı. Uşaqlarım var və mənə belə rahatdır, həyatımı yaşayıram. Mənə hər dəqiqə nəyisə yapışdırmaq olmaz. Böyük oğlum var, yaxşı səslənmir axı".

Nura Suri xaricdə yaşayan övladlarını görə bilmir

O, verilişlərdə dəfələrlə üzünə gülüb, arxasınca danışan həmkarlarından söz açıb, onları səmimiyyətsiz adlandırıb: "Yanından keçirəm, üzümü o yana çevirən kimi arxamca danışırlar. Özü də paxıllıqdan danışırlar. Bəzən deyirlər ki, filankəs səmimidir. Bu mənə çatmır, insan hamı ilə səmimi ola bilməz. İnsan ancaq özü ilə - hamamda səmimi ola bilər. Tam səmimi insan lüt insandır".

ATV-də "HİT Parad" rubrikasının qonağı olan cazibədar müğənni Xalq artisti Tünzalə Ağayeva haqqında: "Elə də böyük yaş fərqimiz yoxdur ki, mənə nəsə yol göstərəsən! Tünzalə özünü hər kəsdən üstün görür. Səsim güclüdür deyə, mən kimdənsə üstünəm... Yəqin, deputat olmağa hazırlaşır. Ondan irəli gəlir." - sözlərini qeyd edib.

Müğənni iki il öncə "Bu şəhərdə" kollektivini sərt tənqid etmişdi. O, "Bu şəhərdə" kollektivinin "Nura Suri karantin toyunda" səhnəciyinə kəskin irad bildirmişdi: "Çox səviyyəsiz alınıb. Heyf, tükəniblər artıq".

Trollar haqqında: "Pul ödədiyiniz insanlara heç olmasa, hazır mətn göndərin ki, yazdıqları şərh və statuslar səviyyəli görünsün. Yoxsa cəmiyyətimizin belə tupoylardan ibarət olduğunu göstərməkdir məqsədiniz? Cəmiyyətimizdə yetərincə ağlı başında, savadlı insanlar var, onları təbliğ edin. Dövlətini, millətini sevən kəs öz millətini belə qanmaz, ağılsız kimi göstərməz. Trollara kim ödəyir bu pulu, nə məqsədlə millətimizi belə qələmə verir? Araşdırın..."

Nura Surinin Türkiyə prezident seçkilərində namizəd olan Sinan Oğana evlənmə təklif etməsi ilə bağlı paylaşımı sosial mediada müzakirələrə səbəb olmuşdu. İzləyicilər Sinan Oğanın evli olduğunu əsas gətirərək müğənniyə irad tutmuşdular.
Sənətçi tanınmış simaları tənqid edən sosial şəbəkə istifadəçilərindən söz açarkən:

"Müğənni sənə nə pislik edib, ay zavallı? Müğənni bir mahnını almaq üçün nə qədər pul ödəyir, aranjman etdirir, klip çəkdirir, geyinib-kecinir. Hansı biriniz onun qapısını döyüb maddi dəstək olmusunuz ki, indi də "sizi xalq bu səviyyəyə gətirib" - deyirsiniz?

Müğənni millət vəkilidir? Səs verib seçmisiniz? Bu qədər şadlıq sarayları, restoranlar və sair müğənnilərindir? Hansısa məmur sizin haqqınızı yeyir, susursunuz, amma məşhurlar hansı ki, öz əziyyəti, zəhməti ilə şənliklərdə sizə xoş əhval-ruhiyyə bəxş edir, söyüb batırırsınız" - qeyd edib.

***

Müğənni paytaxtdakı vəziyyətdən narazıdır. Onun sözlərinə görə, Xəzər dənizini zəbt edib pul qazanırlar: "Çimərliklər pulludur, bulvarda kafe əlindən yer yoxdur, üstəlik, skuterlər... İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar."

***

Cəsarətli fotosessiyaları, paylaşımları, qalmaqalları ilə daimi gündəmdə qalmağı bacaran sənətçinin hazırda 47 yaşı var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2731   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 431
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23.09.2026 479
.

2 aktrisa saxlanıldı

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi

26.09.2026 210
.

Aysel Teymurzadə belə dincəlir - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb

27.09.2026 1397
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16.09.2026 581
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 353
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 214
.

Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24.09.2026 801
.

Almaxanımın həyat yoldaşı ilə SƏMİMİ ANLARI - VİDEO

Müğənni Almaxanım Əhmədovanın həyat yoldaşı ilə videosu marağa səbəb olub. xəbər verir ki, xanəndə avtobildə hərəkətdə olarkən birgə anlarını yayımlayıb. Sənətçinin səmimi ailə görüntüsünə çox sayda bəyənmələr gəlib və şərhlər yazılıb. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir

27.09.2026 259
.