Aytac Tiktokdakı bu hərəkətinə görə 1000 manat cərimələndi - Ərim erməni ilə...

Aytac Tiktokdakı bu hərəkətinə görə 1000 manat cərimələndi - Ərim erməni ilə...Oktyabrın 6-da Lənkəran şəhər Məhkəməsində maraqlı məhkəmə prosesi baş tutub.

BiG.AZ xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, əslən Lənkərandan olan və Rusiya vətəndaşı olmaqla bu ölkənin Tümen vilayətində yaşayan 2 nəfər xüsusi ittiham qaydasında müraciət edərək, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin tələbəsi Aytac Mənsimovanın (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi əsasında məsuliyyətə cəlb edilməsini xahiş ediblər. Şikayətçilərdən R.Rəcəbov bildirib ki, Aytac onun keçmiş arvadıdır. Onlar bir neçə il əvvəl ailə quraraq Rusiyaya köçüblər. Sonra Aytac Türkiyədəki qohumugilə qonaq kimi gedib və oradan icazəsiz olaraq Azərbaycana qayıdaraq məhkəməyə boşanmaqla bağlı müraciət edib və rəsmən boşanıblar. Bundan sonra Aytac "TikTok" və "İnstagram" səhifələrində canlı yayım açaraq, keçmiş əri barəsində təhqiramiz ifadələr işlədib, onun fotosunu göstərərək ləyaqətini alçaldan ifadələr işlədib. Bu vidoları xeyli insan izləyib.

Aytac Mənsimova məhkəmədə törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib:

"Məcəllənin 148-ci maddəsi ilə mənə qarşı irəli sürülmüş ittihamda özümü təqsirli biliriəm. Qeyd edilən səhifə mənə məxsusdur. Əsəbi olub paylaşımlar etmişəm. Sabiq ərim mənim pulum ilə alınmış evdə və mənə məxsus cehizlərdən istifadə edərək erməni qadınla sevgili olub. Sabiq ərim uşağına aliment ödəmir, erməni qadına pul xərcləyir, buna görə də əsəbi olub sosial şəbəkədə onları söyüb paylaşmışam. Həmin sözləri dediyimə və onları sosial şəbəkədə paylaşdığıma görə, çox peşmanam. Məhkəmədən üzr istəyirəm. Lakin xüsusi ittihamçılardan üzr istəmirəm".

Lənkəran şəhər Məhkəməsinin hakimi Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə Aytac Mənsimova Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu gün İran Ukraynaya raket zərbəsi endirə bilər

Məlum olduğu kimi, bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İrana məxsus gəmini PUA ilə vurub. xəbər verir ki, gəminin hədəf alınmasına səbəb onun İrandan Rusiyaya hərbi yük daşıması şübhəsi ilə bağlıdır. Qeyd edək ki, İran tərəfi vurulan gəmidə hərbi yükün olmadığını bəyan edib

29.07.2026 182
.

"Həkim səhvi məni bu günə saldı" - Naibə Allahverdiyeva Türkiyədə müalicə olunur

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemə görə Türkiyəyə yollanıb. Aktrisa ayağında yaranan ciddi sağlamlıq problemi ilə bağlı Axşam.az-a danışıb. Aktrisa bildirib ki, illər əvvəl rayonda çəkiliş zamanı yıxılmasından sonra hələ də ayağı sağalmır:. "Ayağım üçün müalicəyə Türkiyəy

11:15 136
.

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU

Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-c

29.07.2026 325
.

Azərbaycan Macarıstana yeni səfir təyin edib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətini

29.07.2026 238
.

Dəhşətli qəzada ölən futbolçuların - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub. "Qafqazinfo"nun məlumatına görə, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələr

11:29 113
.

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Türkiyədə narkotiklə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılan müğənni Sılanın analiz nəticələri "mənfi" çıxıb. Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bu barədə açıqlama verib. "Əziz dostlarım, peşəkar həyatım boyunca bir sənətkar kimi həmişə cəmiyyət və gənclə

29.07.2026 286
.

Netanyahunun Zelenski ilə görüşdən imtinası nə deməkdir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşdən imtina etməsi beynəlxalq siyasi dairələrdə diqqət çəkib. Məlumata görə, Zelenskinin ofisi görüşün təşkili üçün müraciət etsə də, Netanyahunun dəftərxanası proqramın sıxlığın

29.07.2026 246
.

Qida məhsullarındakı "E" kodları: Sağlamlığımıza təhlükə varmı?

Mağaza rəflərində satılan bir çox qida məhsulunun etiketində "E" hərfi ilə başlayan müxtəlif kodlara rast gəlmək mümkündür. Bu işarələr məhsulun tərkibinə əlavə edilən rəngləyiciləri, konservantları, antioksidantları və digər qida əlavələrini ifadə edir. İstehlakçıların əksəriyyəti bu kodları

29.07.2026 207
.

İran ABŞ-ın adaya endirdiyi zərbələr nəticəsində üç nəfərin öldüyünü bildirir

İranın dövlət mediası ABŞ-ın Hörmüz boğazı boyunca ölkənin cənub sahilindəki Qeşm adasına hücumları nəticəsində üç nəfərin öldüyünü bildirir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran mediasının verdiyi məlumata görə, ərazidə partlayış səsləri eşidilib və ABŞ-ın Qeşm adasındakı yaşayış məntəqəsin

10:43 129
.

TOP MP3