Bakıda idmançının qətli ilə bağlı yeni detallar

Bakıda idmançının qətli ilə bağlı yeni detallar"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Teleqraf.com" bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Nurani Qalabəylinin hüquqi varisi, atası və şahidlərin iştirakı etmədiyi elan edilib.

Hakim deyib ki, cinayət işini araşdıran məhkəmənin tərkibində dəyişiklik olub. Bundan əvvəlki hakim heyətində olan Rahib Salmanovun vəfat etməsi ilə bağlı yeni məhkəmə tərkibi formalaşdırılıb.

Hazırkı prosesə hakim Siyavuş Hacıyevin sədrlik edəcəyi, tərkibdə isə hakimlər - Aytən Əliyeva və Vüqar Quliyevin təmsil olunacağı elan edilib.

Hakim Siyavuş Hacıyev deyib ki, bundan əvvəlki tərkibdə işi araşdıran hakim heyəti şahidləri dindirib. Yeni tərkibdə də şahidlərin dindirilməsi üçün müvafiq qərar qəbul olunacaq.

Daha sonra hakim Siyavuş Hacıyev deyib ki, bundan əvvəlki hakim tərkibi Əfsanə Qalabəylinin barəsində məhkəmə tibbi və pataloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.

Bu günlərdə təyin olunmuş ekspertizalar rəyi məhkəməyə daxil olub. Həmin rəylərdən birindən məlum olur ki, Əfsanə Qalabəyli cinayəti törədən zaman anlaqlı vəziyyət də olub.

Amma hadisəni törədən sonra pisixi sarsıntı keçirib. Ekspertiza rəyində qeyd olunub ki, Əfsanə Qalabəyli hadisəni törədəndən sonra psixoloji və fizioloji affekt vəziyyətinə düşüb. Hazırda Əfsanə Qalabəyli etdiyi hərəkətləri dərk edə bilmir, heç nə başa düşmür, özünü idarə etmək iqtidarında deyil.

Hakimin sözlərinə görə, rəydən məlum olur ki, Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür.

Hakim deyib ki, istintaq orqanından iş məhkəməyə daxil olan zaman şəxs anlaqsız vəziyyətdə olursa, o zaman ona qanuni nümayəndə təyin olunur, işlə birlikdə həmin qanuni nümayəndə də məhkəməyə daxil olur.

Dövlət ittihamçısı Çövdət Mehrəliyev isə bildirib ki, hazırkı mərhələdə təqsirləndirilən şəxsə qanuni nümayəndənin təyin olunması düzgün deyil. Onun sözlərinə görə, hazırkı mərhələdə həmin rəy sübut kimi qəbul edilə bilməz: "Çünki ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əməli anlaqsız vəziyyətdə olması ortaya çıxmış olsaydı, o zaman istintaq ona qanuni nümayəndə təyin edirdi. Hazırda proses yenidən başlayır. Həmin rəy də araşdırılmalıdır".

Əfsanə Qalabəylinin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin özünü idarə edə bilməməsi qara hərflərlə rəydə yazılıb: "Həmin rəyə 4 həkim imza atıb. Belə olan halda Əfsanə Qalabəylinin hüquqlarının pozulmaması üçün qanuni nümayəndənin təyin olunması vacibdir. Bu, işin araşdırılması üçün əsasıdır. Çünki Əfsanə Qalabəyli özünü dərk edə bilmir. Mən prosesdən əvvəl onunla danışsam da, məni anlamadığını başa düşdüm. Hazırda iş üzrə qanuni nümayəndə təyin olunması üçün qərar qəbul edəlməldir. İşin sonrakı mərhələsində bu məsələyə baxıla bilər".

Hakim də vurğulayıb ki, məhkəməyə daxil olan ekspertiza rəyinə 4 həkim imza atıb, bu rəy işə əlavə olunub və araşdırılmalıdır.

Hakim onu da xatırladıb ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmaması üçün qanuni nümayəndəni məhkəmə təyin edir. Hakim Əfsanə Qalabəylinin anasının qanuni nümayəndə kimi tanınması barədə qərar qəbul edib və məhkəmə iclaslarında iştirak etməsinin təmini barədə qərar qəbul edib.

Daha sonra hakim qeyd edib ki, bundan əvvəlki hakim heyəti məhkəmə istintaqının başlayıb, ittiham elan edilib, təqsirləndirilən şəxs, şahidlər dinlənilib.

Lakin hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenidən başlanılır. Buna görə də ittiham aktını elan etmək üçün dövlət ittihamçısına söz verilir.

Prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

Əfsanə Qalabəylidən ittihama münasibət bildirməsi, özünü təqsirli bilib-bilmədiyi soruşulub. Əfsanə Qalabəyli susaraq suallara cavab verməyib.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

İttihama görə, ötən il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.

İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.

Xatırladaq ki, cinayət işi üzrə ifadə verən həmin qadınlardan biri Fidan (ad şərti verilib – red.) bildirib ki, Nuraninin hədə-qorxusu ilə həmin evə gedib və onun arvadı evdə olduğu halda cinsi əlaqəyə girib. O, həmçinin deyib ki, Nurani arvadının belə hərəkətlərinə etiraz etmədiyini söyləyib. Fidan həmçinin özünün də ailəli olduğunu bildirib.

Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayıb, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olub.

Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.

İstintaq orqanı tərəfindən Əfsanə Qalabəylinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.

Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 955   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,3% azalaraq 4086.1 ABŞ dollarına bərabər olub. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,59% artaraq 57.87 dollar təşkil edib

29.07.2026 202
.

ABŞ ordusu İrana son hücumların iki saat davam etdiyini və onlarla hədəfin vurulduğunu bildirib

ABŞ ordusu çərşənbə günü İrana qarşı iki saat davam edən və onlarla hədəfi vuran son hücum dalğasını başa vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Vaşinqton bu hücumları bir gün əvvəl Yaxın Şərqdəki ABŞ qüvvələrinə doğru atılan İran raketlərinə "güclü cavab" kimi qiymətləndirib

10:54 139
.

Çörək BAHALAŞACAQ?

Qlobal buğda bazarında qiymətlər artımı davam edir. "Bloomberg" agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb. Çikaqo Əmtəə Birjasında (CBOT) ə

29.07.2026 224
.

Dəhşətli qəzada ölən futbolçuların - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub. "Qafqazinfo"nun məlumatına görə, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələr

11:29 169
.

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Türkiyədə narkotiklə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılan müğənni Sılanın analiz nəticələri "mənfi" çıxıb. Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bu barədə açıqlama verib. "Əziz dostlarım, peşəkar həyatım boyunca bir sənətkar kimi həmişə cəmiyyət və gənclə

29.07.2026 298
.

Rusiyanın Ukraynaya hücumu nəticəsində Polşaya düşən naməlum mərmi partlayışa səbəb olub

Polşa hakimiyyəti bildirib ki, cümə axşamı səhər saatlarında Ukrayna sərhədindən təxminən 95 kilometr (60 mil) məsafədə yerləşən Polşa kəndində naməlum obyektin düşməsi nəticəsində partlayış baş verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Rusiya Ukrayna boyunca ölümcül uzun mənzilli hücumlar həyat

10:26 143
.

İyulun son gününün havası açıqlandı

Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündü

12:41 68
.

Havayda vulkan püskürüb

Havay ştatında yerləşən Kilauea vulkanı püskürməyə başlayıb. Bu barədə ABŞ-nin Geoloji Xidmətinin Havay Vulkanoloji Rəsədxanası məlumat yayıb. Bildirilib ki, vulkanın kraterindən qalxan lava təbəqəsinin hündürlüyü 30 metrə çatır və onların yüksəkliyi artmaqda davam edir. Hazırda püskürmə adaların əhalis

29.07.2026 204
.

Azərbaycan Macarıstana yeni səfir təyin edib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətini

29.07.2026 248
.

TOP MP3