"Xankəndi Universiteti ilk növbədə öz fəaliyyətini bərpa etməlidir" - EKSPERT

"Xankəndi Universiteti ilk növbədə öz fəaliyyətini bərpa etməlidir" - EKSPERTQarabağın 30 il düşmən tapdağı altında qalması nəticəsində yaşayış məskənləri ilə bərabər orta məktəb, universitetlər yerlə-yeksan edildi. Antiterror əməliyyatlarından sonra Qarabağda icra olunan layihələr öz-özlüyündə elmi araşdırmalar, innovasiyalar tələb edir. Belə ləyahənin həyata keçirilməsində hazırki vəziyyətdə böyük ehtiyac var. Elm və təhsil naziri Emin Əmrullayev çıxışları zamanı bu istiqamətdə sıra addımların atılması ilə bağlı bir sıra mesajlar artıq verib. Eyni zamanda, böyük təhsil müəssisələrinin, univerisitetlərin və institutların filialları tək paytaxtda deyil, Qarabağda fəaliyyəti mütləqdir.

Bununla bağlı BiG.AZ-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, İşğaldan azad olunmuş ərazilərdə, böyük qayıdış ilə bağlı qəbul olunmuş sənədə müvafiq olaraq təhsil infrastrukturunun yaradılması məsələsi öz əksini tapıb:

"Burada həm bütövlükdə peşə məktəblərinin yaradılması, orta məktəblərin tikintisi əsas planda olan işlərdir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Eyni zamanda ali təhsil infrastrukturunun qurulması məsələsi böyük qayıdış konsepsiyasında öz əksini tapıb. Artıq bununla bağlı cənab nazir müvafiq mesajları cəmiyyətə ötürüb. Qarabağ Universitetinin Ağdamda fəaliyyət göstərməsi ilə bağlı qərar mövcuddur. Xankəndi ərazisində universitet əvvəldən olub".

Ekspertin sözlərinə görə, Xankəndi Universiteti ilk növbədə öz fəaliyyətini bərpa etməlidir: "Müasir səviyyədə bu universitet fəaliyyətini bərpa edəcək. Digər işğaldan azad olunmuş ərazilərdə universitet filiallarının açılması və müəyyən ixtisaslarda yeni kampusların fəaliyyətə başlaması mümkündür. Təbii ki, maliyyə baxımından tutumlu layihələrdir. Amma düşünürəm ki, bu plan üzrə layihələr həyata keçirsək həm sıxlığın, həmdə həmin bölgələrin inkişafını sürətləndirəcək. Hesab edirəm ki həmin bölgənin elmi, mədəni və təhsil mühitinin formalaşmasında öz köməyini verəcək"

Son olaraq İlqar Orucov qeyd edib ki, universitet təkcə ali təhsil vermir, həm də mədəni mühiti aşılayır:

"Digər tərəfdən universitetlərdə tədqiqatlar aparılır. Bütövlükdə bölgənin inkişafına müvafiq olaraq ixtisaslarda təhsil verəcək universitet və kampusların köçürülməsi təkcə sıxlıqla şərtləndirmək düzgün olmaz. Komponent ola bilər, lakin toxunduğumuz məqamların ən başlıcası həmin bölgənin dirçəlməsidir. Böyük qayıdış konsepsiyası həmin rayonlara yeni həyat gətirilməsinin şərtləndirir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2654   Tarix: 11 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.