Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Moskvada "Hacı Zeynalabdin Tağıyev - sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılıb.
"Report"un Rusiya bürosunun məlumatına görə, fotosərgi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonunda Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti "SOCAR RUS" tərəfindən Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.
Tədbir neft və qaz sənayesi işçilərinin peşə bayramı gününə təsadüf edir.
Sərgini açan "Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçinin şəxsiyyətinin xüsusi diqqətə layiq olduğunu qeyd edib:
"Hacı Zeynalabdin Tağıyev mühüm humanitar layihələr həyata keçirib. O, Azərbaycanda qızların təhsilinə xüsusi önəm verib. Bakıda onlar üçün ilk gimnaziyanı açıb".
Qeyd edək ki, sərgidə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış neft sənayeçisinin həyat yolu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
Tədbirin qonaqları onun tərcümeyi-halı və Azərbaycan neft sənayesinin tarixi ilə daha yaxından tanış olublar.
Xatırladaq ki, məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Məhəmmədtağı oğlu Tağıyev (1838-1924) Rusiya imperiyasının və Azərbaycanın ən iri neft sənayeçilərindən biri olub. O, bütün həyatı boyu Bakı neft mədənlərini, balıqçılıq və yüngül sənaye sahələrini inkişaf etdirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 722 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Yaban pub"ın qarşısında dava salanlar - Həbs edildi
Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində ictimai asayişi pozan 2 nəfər inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Su İdmanı Sarayının yaxınlığında yerləşən "Yaban Pub"un qarşısında baş verib. İctimai yerdə yüksək səsl
14:20 164 Küveyt İranın Çin şirkətinin binasına zərbə endirdiyini və 1 nəfərin öldüyünü bildirib
Küveytin Müdafiə Nazirliyi bildirib ki, ölkənin şimalında Çin şirkətinə məxsus binaya İranın zərbəsi nəticəsində bir nəfər həlak olub. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, nazirliyin yaydığı açıqlamada deyilir: "İranın mənfur təcavüzü ölkənin şimalında Çin şirkətinə məxsus bi
11:55 154 Valideyn övladının istedadını necə müəyyən edə bilər? - PSİXOLOQDAN AÇIQLAMA
Hər bir valideyn övladının gələcəkdə uğurlu və xoşbəxt olmasını istəyir. Lakin uşağın hansı sahəyə marağının və bacarığının olduğunu müəyyən etmək həmişə asan olmur. Bəzən valideynlər öz istəklərini övladlarına qəbul etdirməyə çalışır, bu isə uşağın potensialını tam üzə çıxarmasına mane ola bilər. Uşağı
15:28 117 Azərbaycan Macarıstana yeni səfir təyin edib
Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, E.Cəfərova 2019-2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətini
29.07.2026 254 Ermənistan hökuməti texniki istefaya gedir
Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. Ölkə Konstitusiyasına əsasən, Nazirlər Kabineti istef
16:09 86 Bakıda ağır qəza: İki futbolçu həlak oldu (VİDEO)
Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində "Toyota"d
10:11 241 "Türkiyənin F-35 kimi beşinci nəsil qırıcılara sahib olması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişə bilər" - BƏHRUZ QULİYEV
"ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı verdiyi son mesajlar Ankara üçün mühüm siyasi-diplomatik imkan yaradır. NATO-nun Ankara sammitində Trampın bu məsələnin nəzərdən keçiriləcəyini bildirməsi göstərir ki, Vaşinqtonda Türkiyəyə münasibətdə əvvəlki yanaşmada
13:06 165 Mətbəxdə atmağa tələsməyin - Bu əşyalar lazım ola bilər
Mətbəxdə artıq əşyalardan qurtulmaq istəsəniz də, bəzi əşyaları atmağa tələsməmək tövsiyə olunur. Onlar həm xatirə dəyəri daşıya, həm maddi baxımdan qiymətli ola, həm də sonradan yenidən lazım gələ bilər. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri mətbəxdə saxlanılması tövsiy
29.07.2026 309 Azərbaycanın Serbiyada yeni səfiri təyin olunub
Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətl
29.07.2026 244