18 bal cəriməsi olan vəzifəli şəxs "Land Cruiser"lə qırmızı işıqda keçdi - Saxlanıldı
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov polis tərəfindən saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, federasiya rəhbərinin saxlanılmasına səbəb idarə etdiyi "Toyota Land Cruiser" avtomobili ilə yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və polisin ünvanına nəlayiq ifadələr işlətməsi olub.
Federasiya prezidenti 7 oktyabr 2023-cü il tarixində avtomobili saxlanılan zaman Dövlət Yol Polisi əməkdaşlarını təhqir edib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların ünvanına nalayiq ifadələr işlədib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Cəsarət Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə göndərilib.
Federasiya prezidenti məhkəmə iclasında özünü qismən təqsirli bilərək deyib ki, DYP əməkdaşı tərəfindən saxlanılıb, ona işıqforun qırmızı işığında keçdiyi bildirilib. Həmçinin polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğu üçün 18 balının olduğunu, indi də 3 bal cərimə tətbiq edildiyi üçün sürücülük hüququnun məhdudlaşdırıldığını deyib.
Federasiya prezidenti 12 balı olduğunu və dəfn mərasimindən gəldiyini, psixoloji durumunun yaxşı olmadığını DYP əməkdaşlarına bildirib və buraxmasını xahiş edib. Lakin polis əməkdaşı onu buraxmayıb, avtomobilinin duracağa aparılmalı olmasını deyib, o da əsəbləşərək, DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib. Hadisə yerinə 14-cü polis bölməsindən əməkdaşları çağırılıb və məcburi şəkildə bölməyə aparılıb.
Təqsirləndirilən şəxs əsəbi olduğu üçün nalayiq ifadə işlətdiyi yol polisi əməkdaşlarından üzr istəyib və tutduğu əməldən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Cəsarət Əhmədov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilib.
Özü ifadəsində etiraf etsə də, onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1703 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola
29.10.2026 542 Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu
10:23 212 Hərbçilərə xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir
11:17 191 Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış
Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla
11:08 190 Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir
ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin
10:26 178 "Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns
12:24 176 "Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"
Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə
12:30 223 Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi
Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı
11:52 175 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
12:55 224