"Bişkek görüşü Rusiyanın vasitəçilik yolunda önə çıxması cəhdinin tərkib hissəsidir" - AÇIQLAMA

"Bişkek görüşü Rusiyanın vasitəçilik yolunda önə çıxması cəhdinin tərkib hissəsidir" - AÇIQLAMAXəbər verdiyimiz kimi , Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü gözlənilir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində məlumat verib. Onun sözlərinə görə, rəsmi Moskva oktyabrın 12-də MDB-nin Bişkek sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir. Bəs bu üçtərəfli görüşdə hansı məsələlər müzakirə oluanacaq?

Bununla bağlı BiG.AZ-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, xarici işlər nazirlərinin Bişkekdə görüşməsi Rusiyanın sülh sazişi ilə bağlı cəhdlərinin davam etdirilməsidir. İndiki prosesdə uzunmüddətli Qərb və Rusiya arasında Azərbaycan- Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı vasitəçilik mübarizəsi gedir:

"Qranada görüşündə bir ilk cəhd edildi. Rusiyada buna qarşı növbəti cəhd etməlidir. Təbii ki, hər iki tərəf prosesi öz masasında həll etməyə çalışır. Amma indi situasiya artıq dəyişib. Çünki antiterror əməliyyatları ilə erməni separatçıları tamamilə sıradan çıxıb. Qarabağ məsələsi artıq "kart" kimi danışıqlar masasından çıxıb. İndi əsas müzakirə mövzusu kommunikasiyanın açılması, sərhədlərin müəyyənləşməsi üzərində qurulacaq. Sülh sazişinə gedən yol buradan keçir. Bu prosesdə Rusiya çalışır ki 10 noyabr razılaşmasını əsas baza kimi götürsün. Burada kommunikasiyanın açılması Naxçıvana maneəsiz keçidin verilməsidir. O cümlədən Soçi razılaşmasında sərhədlər məsələsi var. Alma-Ata bəyanatına istinad edilsə də, əsas problem hansı dövrün xəritəsi ilə delimitasiyanın aparılması məsələsi aktual bu görüşdə aktual mövzulardan biri olacaq".

Asif Nərimanlı deyib ki, Qranada görüşü- qərbin etdiyi ilk cəhdi uğursuz oldu: "Çünki Azərbaycanın bu görüşdə iştirak etməklə bağlı şərtləri var idi. Bu şərtlər yerinə yetirilmədiyi üçün görüşün Azərbaycansız keçirilməsi faktiki heç bir effekt verməyəcəyinin göstəricisidir. Bu baxımdan Bişkek görüşü Rəsmi Moskvanın önə çıxması üçün önəmli olacaq. Rusiya çalışacaq ki, bu prosesdə ən azından sülh müqaviləsinin ilkin layihəsinin hazırlanması üzərində çıxış etsin. Qarabağda antiterror tədbirlərindən sonra Rusiyanın verilən açıqlama bu yöndədir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı heç bir problem qalmayıb. Tərəflər tezliklə müqavilə imzalamalıdır. Rəsmi Bakı üçün də bu belədir. Çünki Ermənistan daim Qarabağdan "kart" kimi istifadə edib. Artıq bu "kart" onlar üçün sıradan çıxıb. İki ölkə arasında konkret məsələlər var. Bunları həll edib tezliklə sülh müqaviləsini imzalamaq olar".

Son olaraq Asif Nərimanlı qeyd edib ki, Ermənistan bu məsələdə böyük ehtimalla yenə problem yaradacaq:

"Kommunikasiyanın açılması və sərhədlərin delimitasiyası prosesində Azərbaycanın şərtlərini qəbul etmir. 10 noyabr bəyanatına uyğun prosesi həyata keçirilirməsini istəmir. O baxımdan Ermənistan tərəfinin əslində iştirak edib-etməməsi belə sual altındadır. Ermənistan tərəfi bu görüşdən imtina edə bilər. Bundan əvvəl belə bir hal baş vermişdi. XİN səviyyəsində Moskva görüşündən imtina etmişdi. Rusiya masasında keçiriləcək görüşlərdə onlar istədiklərini əldə edə bilməyəcək. Onların maraqları, istədikləri masada belə müzakirə edilməsinə ehtiyac qalmayacaq. Bölgədə artıq proses dəyişib. Ona görə də istisna edilməməlidir ki, Rusiyanın təşkil edəcəyi görüşlərdə Ermənistan tərəfi hansısa bəhanə ilə bu görüşdən imtina etsin. Amma belə bir görüşün keçirilməsi Rusiyanın vasitəçilik yolunda önə çıxması cəhdinin tərkib hissəsidir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 972   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar

Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola

29.10.2026 542
.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

10:23 212
.

Hərbçilərə xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 191
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 190
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 178
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

12:24 176
.

"Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"

Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə

12:30 223
.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

11:52 175
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 224
.