"Ukrayna və Fələstin müharibəsi ilə qlobal dünya müharibəsinin ortasındayıq" - POLİTOLOQ

"Ukrayna və Fələstin müharibəsi ilə qlobal dünya müharibəsinin ortasındayıq" - POLİTOLOQ8 oktyabrda BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə həsr olunmuş fövqəladə iclası keçirilib. BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı heç bir sənəd qəbul etməyib. Hazırda regionda müharibə ilə əlaqədar qruplaşmalar yaranıb. Xüsusilə, İran və bir sıra ərəb ölkələrin HƏMAS-a dəstək məqsədilə müharibəyə qoşulmağa çalışdıqlarını görürük. Siyasi mənzərəyə nəzər saldıqda üçüncü dünya müharibəsi baş verə bilər?

Bununla bağlı BiG.AZ-a danışan politoloq Turab Rzayev bildirib ki, İranın hansısa şəkildə özünü və ona yaxın qrupların Qəzza müharibəsinə qoşulacağı halda İrana çox böyük cavab zərbəsi endiriləcəyi barədə məlumatlar var:

"ABŞ-a məxsus bir aviadaşıyıcı, bir neçə donanma artıq İsrail sahillərinə göndərilib. Bununla öz müttəfiqinə dəstək nümayiş etdirir. HƏMAS bu baxımdan ABŞ-a nəticələrin ağır olacağı ilə bağlı artıq xəbərdarlıq edib. Eyni zamanda, ABŞ İordaniya ölkə bazarı ilə silah göndərib. İsrail Livanın şimalında kəşfiyyat köməyi istəyib. Orada Hizbullahın hazırlıqlari, fəaliyyəti, niyyətləri ilə bağlı məlumat əldə etmək istəyir. Ən çox ehtiyac duyulan silah kimi dəmir qübbə sistemlərinə raketlər, bombalar və atıcı silahlara mərmilər istənilib. Artıq ABŞ bunları göndərəcəyini bildirib. ABŞ-ı respublikaçılar partiyasından senator bildirib ki, əgər hizbullah müharibəyə daxil olarsa İranın neft infrastrukturu və zavodları hədəf alına bilər. Bu isə ölkə iqtisadiyyatının ana sütunu deməkdir.

Politoloq qeyd edib ki, İran istənilən neft ixracından asılıdır. Ölkə daxilində neft ayırma zavodları çətin tapılan, qıtlıqda olan benzin istehsalı ilə məşğuldur: Ona görə İrana xəbərdarlıq edildi. ABŞ rəsmiləri açıq şəkildə təhdid edirlər ki, İran müharibəyə qoşulacağı təqdirdə ölkənin hərbi bazaları və digər ərazilərinə zərbələr endirilə bilər. İrandan SEPAH yaranmış mənzərədə Azərbaycanı hədələyir. Məqsəd burada Azərbaycanı hansı şəkildə İsraillə əlaqədən çəkindirsin. İran çalışır kı, Azərbaycan heç bir halda İsrailə dəstək verməsin yaxud ortaq hərəkət etməsin. Azərbaycan dövləti burada orta mövqe tutmağa çalışır. Açıq şəkildə münaqişə tərəflərini müharibəni uzatmamağa, eskalasiyaya getməməyə və sakitləşməyə çağırır. Nə İsraili, nə də Fələstini açıq şəkildə müdafiə etmir.

Turab Rzayevin sözlərinə görə, bu gedişatda üçüncü dünya müharibəsinin əsas fazasına, böyük dövlətlərin toqquşmasına çox var: "Bu baxımdan böyük bir müharibə riski görmürəm. Amma ümumi olaraq geopolitik vəziyyətə nəzər salsaq, dünyada qruplaşmalar var : Şərq bloku və Qərb bloku. Bu bloklar arasında artıq açıq müharibə gedir. Biz Rusiyanın ritorikasından görürük ki, İranın Fələstinə dəstəyinə müsbət yanaşır. Fələstinə dəstək verməsinə etiraz etmir. Eyni zamanda bu münaqişədə 67-ci il sənədlərin götürülməsinə əsas görür. Rusiya Fələstin və İsrail dövlətlərinin hər iki dövlətin yaradılmasını dəstəkləyir. Çinin mövqeyi hücumun əleyhinə olsa da, Çində burada neytral mövqe tutur. İran açıq şəkildə Fələstini və Qəzza hücumçularını dəstəkləyir. Hətta Hizbullahı belə müharibəhə qoşulmağa çağırır. Digər tərəfdən qərb dünyası kollektiv qərb, anqlo-sakson dünyası və Avropa İttifaqı Ukrayna müharibəsində olduğu kimi bu müharibədə qarşı cəbhədə yer alır".

Son olaraq politoloq deyib ki, həm Ukrayna həm də Fələstin müharibəsi ilə bağlı qlobal dünya müharibəsinin ilkin fazalarındayıq: "Demək olar ki, dünya ölkələri biri-biri ilə əks mövqe tutub. Hətta ABŞ nümayəndəsi açıq şəkildə bildirmişdi ki, Maltadakı BMT görüşündən əvvəl biz gözləyirdik ki bütün tərəflər hücumu pisləyəcək. Yenə də qapalı görüşdə istənilən nəticə çıxmadı. Tərəflər bildirdilər ki, hər iki tərəfi ortaq məxrəcə gətirməyə, eskalasiyanı dayandırmağa çağırırıq. Yəni burada belə birlik əldə olunmadı. Ona görə siyasi-iqtisadi münasibətlərin gərginləşəcəyini açıq şəkildə görünür".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2753   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar

Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola

29.10.2026 542
.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

10:23 212
.

Hərbçilərə xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 191
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 190
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 178
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

12:24 176
.

"Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"

Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə

12:30 223
.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

11:52 175
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 224
.