Bayden İranı Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıb

Bayden İranı Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıbABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb.

Prezidentin bununla bağlı bəyanatı Ağ Evin saytında yerləşdirilib.

"İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram", - Amerika liderinin yazılı açıqlamasında deyilir.

Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

2023-cü il üzrə sülh mükafatına 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb.
Əsas namizədlər arasında Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Əfqanıstandan olan jurnalist, qadın hüquq müdafiəçisi Məhbubə Serac da vardı.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.

2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət Mükafatı" verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 464   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sərnişin qatarının bərpası turizm sektoruna nə vəd edir?

"Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan arasında əldə olunan razılaşmaya əsasən sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. Bu addım iki ölkə arasında gediş-gəlişin asanlaşmasına və nəqliyyat əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək". Bunu BİG.AZ-a açıqlamasında turizm ekspert

12:42 25
.

Putin: Rusiya-Ermənistan münasibətlərinin inkişafında maraqlıyıq

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib və Moskva ilə Yerevan arasında münasibətlərin ənənəvi olaraq dostluq xarakteri daşıdığını vurğulayıb. xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Rusiya liderinin təbrik məktubunu yayıb. Bəyanatd

11:02 115
.

KİV: ABŞ üzərində meteorit partlayıb

ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər. xəbər verir ki, bu barədə WCVB telekanalı məlumat yayıb. Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəz

31.05.2026 201
.

Balıq məhsullarının qiyməti bahalaşıb - İQTİSADÇIDAN AÇIQLAMA

Son vaxtlar bazar və marketlərdə balıq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Əvvəllər daha münasib qiymətə satılan bir çox balıq növləri indi daha baha təklif edilir. Xüsusilə qızılbalıq, forel və digər dəniz məhsullarının qiymətindəki dəyişiklik diqqət çəkir. Qiymətlərdə baş verən artı

11:52 115
.

İsrail ordusu şimala atılan Hizbullah terror təşkilatının raketlərini ələ keçirib

Hərbi mənbələr bildirib ki, Hizbullah terror təşkilatının bir müddət əvvəl Livandan İsrailin şimalına atdığı iki raket zərərsizləşdirilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bildirib ki, Livanın cənubunda qoşunların əməliyyat keçirdiyi ərazi üzərində Hizbulla

10:54 121
.

"Avropanın ikili standartları ən açıq şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda üzə çıxıb" - BƏHRUZ QULİYEV

"Son illər beynəlxalq münasibətlər sistemində baş verən proseslər bir daha göstərir ki, böyük güclərin geosiyasi maraqları hələ də kiçik və orta dövlətlərin taleyinə birbaşa təsir göstərməkdədir. Xüsusilə, Rusiyanın keçmiş SSRİ məkanına münasibətdə yürütdüyü siyasət imperiya təfəkkürünün tamamil

11:26 113
.

Zelenski Rusiyanın ukraynalı uşaqları qaçırdığını və onlara döyüş təlimi verdiyini iddia edir

Ukrayna Prezidenti Vladimir Zelenski CBS News-a eksklüziv müsahibəsində hökumətinin Rusiyanın ukraynalı uşaqları qaçırdığına və onları həmvətənləri ukraynalılara qarşı döyüşmək üçün öyrətdiyinə dair dəlillərə sahib olduğunu bildirib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsini

12:40 0
.

Bayram günləri 21 nəfər xilas edilib - Video

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədil

10:57 127
.

Belarus Prezidenti: Ermənistan çox diqqətli olmalıdır

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ermənistan xalqı Ukraynada baş verən hadisələrin təkrarlanmaması üçün ehtiyatlı davranmalıdır. xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb. Lukaşenko qeyd edib ki, Ermənistan rəsmilərinin Avropa İttifaqına inteqrasiya etmək və Avrasiya İqtisad

10:29 118
.

TOP MP3