Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Şarl Mişel Prezident İlham Əliyevə zəng edibOktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

Eyni zamanda, dövlətimizin başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırdı, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub. Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var.

Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib.

Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanla İran arasında regional nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib, bu xüsusda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirildiyini deyib.

Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN YENİ GEOSİYASİ REALLIQLARA - AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İRADƏSİNİN TƏNTƏNƏSİ

Azərbaycanın 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü müasir tariximizin ən mühüm hadisələrindən olmaqla yanaşı, dövlətçilik tariximizin, milli iradəmizin və siyasi strategiyamızın nəticələrini özündə birləşdirən böyük tarixi hadisədir. Bu tarixlərin əhəmiyyətini yalnız hərbi qələbənin əldə olunmas

10:33 198
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 239
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

12:02 188
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

11:20 198
.

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə

11:37 207
.

Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər

2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin

29.10.2026 363
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google axtarışında bizi

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29.10.2026 306
.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

11:43 193
.

Hərbçilərə xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 213
.