Ölkəmizdə kosmik sahənin inkişafına yeni təkan verəcək konqress
Oktyabrın 2-də Azərbaycan daha bir qlobal tədbirə – 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etməklə dünyanın diqqət mərkəzindədir. Tədbirdə 100-dən artıq ölkədən 5000-dən çox nümayəndə iştirak edib. Bu, Konqresin əhəmiyyətini və dünyada bu sahəyə olan marağın miqyasını göstərir. Təbii ki, müxtəlif ölkədən bu qədər qonağın Azərbaycana gəlməsi ölkəmizin dünyada daha yaxından tanınmasına, təbliğinə, turizmin inkişafına şərait yaradacaq. Həmçinin kosmik sahədə yeni-yeni nailiyyətlərin qazanılmasında, müasir texnologiyaların tətbiqində və inkişafında ölkəmiz üçün rolu böyükdür. Tədbirin Bakıda təşkil olunması həm də gənclərimizin kosmik sahəyə marağının artmasına, onların bu istiqamətdə maariflənməsinə hərtərəfli kömək edəcəkdir. Məlumdur ki, Azərbaycan 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır.
Azərbaycan artıq xeyli müddətdir dünyada siyasi, iqtisadi və digər mövzularda qlobal tədbirlərin keçirildiyi mərkəz rolunu yerinə yetirir. Ölkəmiz onlarla beynəlxalq sammitə, qlobal xarakterli layihələrin müzakirə olunduğu toplantılara, böyük idman yarışlarına ən ali səviyyədə ev sahibliyi etməyi bacarıb. Bu sahədə geniş təcrübə qazanan Azərbaycan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən nümunə göstərilir, təşkilatçılığı yüksək qiymətləndirilir. Təbii ki, belə tədbirlərin harada keçiriləcəyi təsadüfi seçim əsasında aparılmır. Təşkilatçılar tədbirin yeri barədə müzakirələr və təhlillər aparır, həmin ölkənin potensialı və təcrübəsi dəyərləndirilir və yekun qərar verilir. Bu, onu göstərir ki, Azərbaycandakı siyasi sabitlik, bütün sahələri əhatə edən davamlı inkişaf, həmçinin beynəlxalq miqyasda qazanılan nüfuz ölkəmizdə bu cür mötəbər tədbirlərin keçirilməsinə imkan verir.
Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışaraq ölkəmizin qlobala əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı: "Həqiqətən də, bu gün Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğu göz qabağındadır. Çox da uzağa getməyək, ölkəmizin enerji siyasətinə nəzər salaq. Artıq bu siyasət ölkəmizin sərhədlərini aşaraq Avropanın içərilərinə qədər irəliləyib və əhəmiyyətli bir missiyanı icra edir. Tədbirdə Prezidentimizin son 20 ildə iqtisadi göstəricilərlə bağlı səsləndirdiyi rəqəmlər isə bir daha sübut etdi ki, Azərbaycan davamlı inkişaf yolu tutub və daim irəli gedir".
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 631 Tarix: 04 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl bahalaşdı
Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli
20:15 1 ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb
11:20 205 "Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns
12:24 221 Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
10:32 235 Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
21:15 1 Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
20:45 1 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
16:00 208 Putin Makron və Merzlə telefon danışığına hazırdır
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb
11:00 211 Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?
İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir
12:06 200