Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlarTürkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa

Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb.

Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hər iki hücum dalğası kimi, dünəndən başlayan üçüncü dalğa da manipulyasiya üzərində qurulub.

Ölkəmiz əleyhinə başladılan yeni kampaniyanın səbəbi isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünə münasibəti ilə bağlıdır.

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə medianın sorğusuna cavab olaraq qeyd edib ki, rəsmi Bakı növbəti Baş katibin seçilməsi prosesinin BMT Nizamnaməsinə uyğun aparılmasına xüsusi önəm verir: "Azərbaycan seçki prosesinin namizədlərin peşəkar keyfiyyətləri, diplomatik təcrübəsi, qərəzsizliyi və üzv dövlətlər arasında konsensus yaratmaq bacarığı rəhbər tutulmaqla həyata keçirilməsinin vacibliyini vurğulayır. Ümid edirik ki, bu proses müasir çağırışlara çevik reaksiya vermək iqtidarında olan daha güclü və effektiv bir BMT-nin formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq".

Buna cavab olaraq Türkiyə sosial mediasında Azərbaycanın guya Türkiyənin BMT Baş katibin postuna namizədi, ATƏT-in hazırkı baş katibi Feridun Sinirlioğlunu yox, BƏƏ namizədini dəstəklədiyinə dair ittihamlar səslənməyə başlayıb.

Azərbaycanın ünvanına absurd ittihamlar

Əvvəlki dalğalarda olduğu kimi, yenə də Türkiyə mediasında və sosial şəbəkə seqmentində Azərbaycan əleyhinə əsassız iddialara, iftiralara və təhqirlərə yol verilir.

Bu məsələni Azərbaycan əleyhinə növbəti kampaniya üçün fürsət bilənlərə xatırlatmaq yerinə düşər ki, əvvəla, BMT Baş Katibliyinə namizədlik prosesinin ciddi beynəlxalq prosedur qaydaları var. Hər hansı bir şəxsin namizəd sayılması üçün, ilk növbədə, o öz dövləti tərəfindən rəsmi şəkildə qeydiyyatdan keçirilməli və digər ölkələrə dəstək üçün rəsmi müraciət ünvanlanmalıdır.

Türkiyə hələ ki Feridun Sinirlioğlunun BMT-nin Baş katibi postuna namizədliyini rəsmən irəli sürməyib, heç bir beynəlxalq qeydiyyat və Azərbaycana rəsmi dəstək müraciəti mövcud deyil. Mövcud olmayan bir namizədliyə dəstək verməmək ittihamı hüquqi və məntiqi cəhətdən tamamilə əsassızdır.

Türkiyədən fərqli olaraq, BƏƏ öz namizədini rəsmi qaydada qeydiyyatdan keçirib və diplomatik kanallarla Azərbaycana müraciət edib. Azərbaycan XİN-in cavabı tamamilə beynəlxalq diplomatik etiketə uyğundur - rəsmi müraciət edən tərəfə diplomatik qaydada xoşniyyətli cavab verilib. Gələcəkdə Türkiyə rəsmi namizəd irəli sürərsə, Azərbaycan təbii ki, ona da müvafiq diplomatik münasibətini bildirəcək.

Feridun Sinirlioğlunun Ermənistanla birtərəfli yaxınlaşma lobbiçiliyi

Lakin burada digər maraqlı məsələlər ortaya çıxır. Bu isə konkret Feridun Sinirlioğlu ilə bağlıdır.

Feridun Sinirlioğlu Türkiyə XİN-də uzun illər kök salmış, özünü cəmiyyətdən üstün tutan və xalqın dəyərlərindən uzaq olan "monşerlər" (kübar aristokrat iddialı) zümrəsinə aiddir. Bu təbəqə tarixən Azərbaycana və türk dünyasına qarşı hər zaman yuxarıdan aşağı və təkəbbürlü münasibəti ilə seçilib.

Əsas diqqətçəkən məqam isə odur ki, Feridun Sinirlioğlu Ermənistanla birtərəfli yaxınlaşma lobbiçiliyi ilə tanınır. O, hələ 2018-ci ildə - Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Ermənistanla sərhədlərin birtərəfli qaydada açılması ideyasının əsas lobbiçilərindən olub.

İkinci Qarabağ Müharibəsindən sonra da o, XİN-də vəzifə tutan həyat yoldaşı ilə birlikdə "Azərbaycana görə Ermənistanla sərhədlər niyə bağlı qalmalıdır?" xəttini müdafiə edib, rəsmi Bakının maraqlarını heçə saymağa çalışıb. Bu məsələdə o Sərdar Kılıcla eyni mövqeni müdafiə edir.

Feridun Sinirlioğlunun ATƏT Baş katibi və ya digər beynəlxalq postlara can atarkən nəinki Azərbaycanın, hətta Türkiyənin özünün milli və strateji maraqlarını belə qurban verməyə hazır olduğu bir siyasi keçmişi var.

İstənilən halda, kimi hansı posta namizəd göstərməsi Türkiyənin öz işidir. Sadəcə, namizəd rəsmən irəli sürülməmiş bu mövzu ətrafında manipulyasiyalar etmək süni şəkildə Azərbaycanı hədəf göstərmək siyasətinin davamıdır.

Əvvəlcə namizəd verilsin, Azərbaycana müraciət olunsun, sonra məsələyə münasibət bildirilib, qərar verilər.

Beynəlxalq normalara uyğun prosedur qaydalarını icra etməmiş Azərbaycanı növbəti dəfə hədəfə gətirmək, qardaş dediyin ölkənin ünvanına əsassız ittihamlar səsləndirmək heç bir ölçüyə sığmır. Baş verənlər Türkiyədə Azərbaycan əleyhinə kampaniyanın sistemli, idarəedilən və məqsədli olduğunu söyləməyə heç bir şübhə yeri qoymur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 163   Tarix: 30 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

11:52 207
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

18:30 1
.

Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 277
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

16:00 208
.

"Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"

Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə

12:30 285
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

12:05 287
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 183
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq qələbə salnaməsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli iradəsini, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Milli Qurtuluş Günü deyil, məhz 15 May - Şuşa Şəhəri Günü Azərbaycanı

10:11 201
.

Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər

2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al

19:15 1
.