Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlanıb

Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlanıbAzərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.

Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Hüquqi və idarəetmə sahəsi:

Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.

Təhlükəsizlik sahəsi:

Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır.

Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilərlər.

İqtisadi sahə:

Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilirlər.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Sosial sahə:

Sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunurlar.

Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir.

Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar.

Mədəniyyət, təhsil və din sahəsi:

Sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.

Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.

Erməni dilinin istifadəsinə imkan yaradılır.

Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 822   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Atasının vəfatından sonra bu fotonu paylaşdı

Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi

14:05 390
.

Putin Makron və Merzlə telefon danışığına hazırdır

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb

11:00 224
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 289
.

Zəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir

10:57 204
.

Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur

Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v

21:45 139
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 378
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

20:30 170
.

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə

11:37 248
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

11:20 232
.