Toyların keçirilməsinə QADAĞA QOYULUR?

Toyların keçirilməsinə QADAĞA QOYULUR?Bir müddətdir ki, sosial şəbəkələrdə toyların qadağan edilməsi ilə bağlı dəqiq olmayan informasiya yayılmaqdadır. Antiterror əməliyyatları zamanı 192 şəhid olmasına görə bəzi insanlar toy mərasimlərinin qadağan edilməsinin tərəfdarıdır.

Ölkəmizdə bu ərəfələrdə şənliklərin keçirilməsi, həmçinin əyləncəli paylaşımlar və ab-hava heç də birmənalı qarşılanmır.

Təbii ki, bu günlərdə əvvəlcədən təyin olunan toy mərasimləri bas tutsa da, bəziləri bunu müəyyən qədər məhdudlaşdırmış olaraq həyata keçirdi. Hətta bəzi sənət adamları da əvvəlcədən təyin edilən konsertlərini təxirə saldığını bildirdi.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirib ki, hökumət, əlaqədar qurumlar səviyyəsində toyların qadağan olunması doğru məlumat ola bilməz:

"Bu birmənalı olaraq hər kəsin qeyrət, vicdan məsələsidir.

Toyların qadağan olunması ilə bağlı dəqiq bir qərar yoxdur və belə bir qərar düşünürəm verilə bilməz. Bilirəm ki, toyu şəhidlərimizin olduğu günlərə təyin olunmuş bir çox məclislər ya səs-küysüz keçirildi, sonrakılar isə təxirə salındı.

Təbii ki, toy sahibi də toya hazırlaşan zaman müəyyən xərclər çəkir, amma heçnə şəhidlərimizdən əziz deyil. Ona görə də vətəndaşlarımız bu cür müdriklik, həmrəylik göstərərək şəhidlərimizin xatirəsinə görə toylarını təxirə saldı. Bunu hər kəs başa düşdüyü üçün qadağan edilməsinə gərək yoxdur".

Deputat onu da qeyd edib ki, toyunu təxirə sala bilməyənlərin müəyyən etik çərçivədə məclislərini keçirməsi yaxşı olar:

"Belə olan halda insanlar bunu şəhidlərimizə hörmətsizlik kimi qəbul etməzlər. Şəhidlərimizin olduğu bir dönəmdə bir tərəfimizdə yas, digər bir yandan şənlik düzgün qarşılanmaz.

Ola bilsin ki, hansısa toylar olur amma başa düşmək lazımdır ki, əvvəlcədən danışılıb və saxlamaq olmayıb. Amma bu ərəfədə toy edən hər bir ailə də şəhidlərimizi yaddan çıxarmamalıdır".

Sosioloq Lalə Mehralı bildirib ki, hazırkı vəziyyətdə restoran axtarmaq, toy vaxtı təyin eləmək kimi məsələlər bizim mental dəyərlərə ziddir:

"Bəzən deyirlər "xeyirlə şər qardaşdır" və yas mərasiminə görə vaxtı təyin edilmiş toy mərasimlərini təxirə salmırlar. Amma mən bu məsələ ilə barışa bilmirəm. Çünki tarixən Azərbaycanda elə bir mental xüsusiyyət formalaşıb ki, qonşuda yasdırsa, sən evində hətta televizor belə açmamalısan. Yəni kənardan kimsə eşidər, pis qəbul edərdi.

Bu da başqasının acısına hörmət, ehtiram əlaməti sayılırdı. Hazırki vəziyyət başqasının acısı, başqasının şəhidi deyil, elin şəhidi olduğu üçün, şəhidlərə rəğmən toy etmək insanlıq məsələsidir.

Düzdür vaxtı yaxın olan, dəvətnamələri paylanan toylar var.Yəni bu cür, üzürlü səbəbdən toyunu etməli olan ailələri başa düşmək olar".

Sosioloqun fikrincə, şəhidlərə görə toylara qadağa qoymaq doğru deyil, bunu insanlar özləri düşünərək etməlidir:

"Hesab edirəm ki, hazırda əl-ələ verərək şəhidlərin xatirəsinə hörmət olaraq bir müddət toy-şənlik mərasimlərini təxirə salmaq heç kim üçün çətin olmaz. Burada artıq vaxtım təyin olunmuş toyları nəzərdə tutmuram.

Köhnə zamanlardan hamı bir-birini başa düşüb, acısını öz acısı kimi qəbul etdiyi kimi indiki vaxtda da eynilə belə etmək yaxşı olardı. Hər hansı bir qadağanın qoyulması düşünürəm lazım deyil. Çünki insanlara nəyisə qadağan etmək, o deməkdir ki, insan özü bunu başa düşmür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 960   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?

İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir

30.10.2026 264
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 215
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 205
.

Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər

2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al

30.10.2026 228
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 170
.

Zəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir

30.10.2026 210
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 205
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30.10.2026 232
.