Səfir: "Regional əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına töhfə verəcək"

Səfir: "Regional əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına töhfə verəcək"Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev nüfuzlu "Əl-Ərəbiyə" telekanalının canlı efirində bu yaxınlarda erməni terrorçularına qarşı həyata keçirilən antiterror tədbirlərinin zəruriliyi, həmçinin Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar barədə danışıb.

"Report" xəbər verir ki, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan canlı efirdə azərbaycanlı diplomatın əsaslandırılmış arqumentləri qarşısında aciz qalıb.

Ş.Abdullayev xatırladıb ki, Ermənistanın baş naziri tərkibində Qarabağ da olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin erməni rəhbərliyi 44 günlük müharibədən sonra Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanata əməl etməyib, qanunsuz hərbi birləşmələrini Xankəndi, Xocalı, Əsgəran və Azərbaycanın Qarabağdakı digər ərazilərindən çıxarmayıb. Üstəlik, həmin silahlı dəstələr Azərbaycan ərazilərində hərbi təxribatlar, o cümlədən mina terroru aktları törədib, nəticədə yüzlərlə azərbaycanlı hərbçi və mülki şəxs həlak olub və ya yaralanıb. Bütün bunlar Azərbaycan rəhbərliyini antiterror tədbirləri keçirməyə, öz ərazisində suverenliyi tam bərpa etməyə məcbur edib. Azərbaycan Ordusu bu tədbirlər zamanı mülki obyektlərin və dinc erməni sakinlərinin zərər görməməsi üçün bütün ehtiyat tədbirlərini görüb, onların başa çatmasından sonra bölgəyə dərhal humanitar yardımlar göndərib.

Səfir əlavə edib ki, rəsmi Bakının təşəbbüsü ilə hazırda Qarabağın erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə danışıqlar aparılır. O vurğulayıb ki, Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün yaxşı imkanlar yaranıb və nəqliyyat dəhlizlərinin açılması, regional əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 518   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

30.10.2026 257
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

30.10.2026 319
.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

30.10.2026 247
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30.10.2026 158
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba

30.10.2026 397
.

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı

30.10.2026 281
.

Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?

İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir

30.10.2026 264
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.