Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir - VİDEO

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir - VİDEOBu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunur.

Xatırladaq ki, bu, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında üçüncü görüşdür. Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi isə Xocalıda baş tutub./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 29 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 215
.

Böyük Qayıdışın strateji mərhələsi: Məcburi köçkünlərin doğma torpaqlara mərhələli köçürülməsi yeni reallıqlar yaradır

Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik, milli həmrəylik və tarixi ədalətin bərpası baxımından xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın öz yurdlarına qayıtması yalnız sosial-humanitar məsələ deyil, həm də Azərbaycanın postmüharib

30.10.2026 284
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 205
.

Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır

Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı

30.10.2026 255
.

ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında "Robinso

30.10.2026 179
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30.10.2026 166
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

30.10.2026 351
.