Toxluq hissi yaradan qidalar

Toxluq hissi yaradan qidalarHeç kimə sirr deyil ki, hormonlar insanın davranışı və ehtiyaclarına çox təsir edir. Belə ki, leptin beynə toxluq barədə siqnal göndərir, qrelin isə aclıq hissi yaradır. Alimlər uzun müddətdir ki, çəkiyə nəzarət etmək üçün bu hormonların ifrazına necə təsir etmək olar deyə düşünürlər.

Hansı qidaların qrelin ifrazını və aclığı azaltmağa kömək etdiyi barədə rusiyalı endokrinoloq Vadim Çernoqolov danışıb.

"İlk növbədə, bu yumurtadır. Səhər yeməyində yumurta yeməyin insanlarda qrelin ifrazına təsiri haqqında ilk məlumatlar 10 il əvvəl ortaya çıxıb. Tədqiq edilənləri iki qrupa bölüblər: bəziləri yumurta ilə daha az kalorili, digərləri isə çörək məmulatları (yəni karbohidratlar) ilə səhər yeməyi yeyiblər. Onlarda qanda qlükoza və qrelin səviyyələri daha yüksək olub. Bu tədqiqatlar səhər yeməyində yumurta istehlakının qanda qlükoza və insulin səviyyəsini azaltdığını və qrelin reaksiyalarını basdırdığını aşkar edib. Bu tədqiqatlar səhər yeməyində yumurta yemək qanda qlükoza və insulinin səviyyəsini azaltdığını və qrelinə qarşı reaksiyanı zəiflətdiyini göstərib.

Bundan əlavə, yumurta xolesterinin səviyyəsini əhəmiyyətli dərəcədə artırmır, çünki xolesterinin əsas mənbəyi onu yağlı qidalardan sintez edən qaraciyərdir. Əgər insan o qədər də çox yağlı qidalar qəbul etmirsə, o zaman yumurta qanda xolesterinin səviyyəsinə ciddi təsir göstərmir", - deyə həkim izah edib.

Bir sıra qidaların toxluq hormonu olan leptinin ifrazına təsiri ilə bağlı tədqiqatlar həyata keçirilib. Bu, mədəni dolduran və aclıq hormonlarını balanslaşdıran liflə zəngin qidadır.

"Qida rasionumuza zülal əlavə etmək leptinə qarşı həssaslığı artıraraq toxluq hissini artırır. Qrelinin səviyyəsinə, həmçinin Omeqa-3 yağları da daxil olmaqla, tərkibində faydalı yağlar olan qidaların köməyi ilə nəzarət etmək olar. Bunlara balıq, qoz-fındıq, çia və kətan toxumu aiddir", - deyə Vadim Çernoqolov qeyd edib.

Şirinlik sevənlər şirniyyat və mürəbbələri bir qaşıq bal ilə əvəz edə bilərlər ki, bu da aclıq hormonunun ifrazına təsir edə bilər. Həmçinin şirniyyatları toxluq hormonu olan leptinin ifrazını artıran giləmeyvə ilə əvəz etmək olar. Göyərti və paxlalılar da eyni xüsusiyyətlərə malikdir.

Mənbə: Medzdrav.info


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çin 582 ton ağırlığında maqnit yaratdı: Bu qurğu nə üçündür?

Çin 582 ton çəkisi olan nəhəng ifratkeçirici maqnitin sınaqlarını uğurla başa çatdırıb. Bu qurğu termonüvə reaktoru üçün indiyədək hazırlanmış ən böyük maqnit hesab olunur və ölkənin "süni Günəş" layihəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Qaynarinfo xəbər verir ki, "Libertatea"

30.07.2026 143
.

Valideyn övladının istedadını necə müəyyən edə bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Hər bir valideyn övladının gələcəkdə uğurlu və xoşbəxt olmasını istəyir. Lakin uşağın hansı sahəyə marağının və bacarığının olduğunu müəyyən etmək həmişə asan olmur. Bəzən valideynlər öz istəklərini övladlarına qəbul etdirməyə çalışır, bu isə uşağın potensialını tam üzə çıxarmasına mane ola bilər. Uşağı

30.07.2026 210
.

500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMA

Son illər Azərbaycanda yaşayış xərclərinin artması fonunda 500-600 manat əməkhaqqı alan gənclərin ailə qurması məsələsi tez-tez müzakirə olunur. Bir tərəfdən ailə qurmaq həyatın təbii mərhələsi hesab edilsə də, digər tərəfdən məhdud gəlirlə kirayə, kommunal ödənişlər, gündəlik tələbat və gələcəkdə uşağı

30.07.2026 244
.

FT: Ukrayna Rusiyanın neft emalı gücünün 30%-dən çoxunu sıradan çıxarıb

Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr Rusiyanın faktiki neft emalı gücünün 30%-dən çoxunu, nominal gücünün isə təxminən 45%-ni sıradan çıxarıb. Bu barədə "Financial Times" peyk görüntüləri, istilik monitorinqi məlumatları və "Frontelligence Insight"

30.07.2026 173
.

İsrail F-35 tipli PUA istehsal etmək istəyir - "Bloomberg"

İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə müqayisə edilə bilən döyüş dronu hazırlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, İsrail Amerikanın hərbi yardımından asılılığını tədricən azaltmaq, onu silahların hazırlanmas

30.07.2026 155
.

17 yaşlı Nurlanın meyiti tapıldı

İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm

30.07.2026 284
.

BİG.AZ-ın yazısına AQTA-dan REAKSİYA

Bir müddət bundan əvvəl Avropa ölkələrində market vitrinlərində qida məhsullarının "təbii" və "qeyri-təbii" olmaqla iki qrupa ayrılması təcrübəsinin Azərbaycanda da tətbiq olunmasının mümkünlüyü ilə bağlı yazı dərc etmişdik. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini

30.07.2026 224
.

Avstraliyada "Telegram"a qarşı istintaq başlanılıb

Avstraliyada "Telegram" messencerinə qarşı araşdırma başlanıb. Messencer rəhbərliyi terroru təbliğ edən paylaşımlarla yetərincə mübarizə aparmamaqda ittiham olunur. Bu barədə Reuters agentliyi məlumat yayıb. "Telegram"ın terrorçuların həyata keçirdiyi edam səhnələrini və kütləvi atışmalar

30.07.2026 146
.

ABŞ İraqa səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ hökuməti öz vətəndaşlarını İraqa səfər etməkdən çəkinməyə çağırıb. Bildirilib ki, ABŞ-ın İraqdakı diplomatik nümayəndəliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlarına ən yüksək səviyyədə ehtiyatlı olmalarını tövsiyə edib. Qeyd olunub ki, İraqda olan ABŞ vətəndaşları yerli hakimiyyət orqanlarını

30.07.2026 208
.

TOP MP3