Antiterror tədbirlərində 192 hərbçi, 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb
Antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.
BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur.
Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olmuşdur.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanmışdır.
Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1681 Tarix: 27 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMA
Son illər Azərbaycanda yaşayış xərclərinin artması fonunda 500-600 manat əməkhaqqı alan gənclərin ailə qurması məsələsi tez-tez müzakirə olunur. Bir tərəfdən ailə qurmaq həyatın təbii mərhələsi hesab edilsə də, digər tərəfdən məhdud gəlirlə kirayə, kommunal ödənişlər, gündəlik tələbat və gələcəkdə uşağı
30.07.2026 244 Avqustda hava isti keçəcək
Avqust ayına olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasın
30.07.2026 347 Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdı
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsini
30.07.2026 180 İstanbulda məktəblərdə namaz otaqları yaradıla bilər
İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərliklərinə məktub göndərərək dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılmasını təklif edib. "Qafqazinfo" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, sənəddə ibadət üçün imkanların yaradılmasını
30.07.2026 194 Kəndli ucuz satır, Bakı bahaya alır: Qiymət fərqinin səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Yay mövsümündə Azərbaycanın bir çox rayonlarında fermerlər meyvə-tərəvəzi alıcı tapmadıqları üçün bəzən maya dəyərindən də aşağı qiymətə satmağa məcbur qalırlar. Ancaq eyni məhsullar paytaxt bazarlarında və supermarketlərdə bir neçə dəfə baha qiymətə təklif olunur. Bu vəziyyət həm istehsalçılar, hə
30.07.2026 215 Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Xoşqədəm Hidayətqızı,. Əməkdar jurnalist. Açığı, illərin necə keçdiyini bilmədim… 60 ilin hekayəsi… Bu hekayənin xeyli hissəsinə şahidlik etmişəm deyə bilərəm. Rauf bəyi 90-cı illərdən tanıyıram. Üz-üzə ilk görüşümüz isə 199-cu ildə, Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyinin tədbirində oldu. Təsisçis
30.07.2026 196 Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinc
30.07.2026 203 Rusiyada milyarder Kustov saxlanılıb
Moskvada yağ-piy sənayesi üzrə fəaliyyət göstərən "Efko" şirkətlər qrupunun direktorlar şurasının sədri və baş səhmdarı - milyarder Valeri Kustov saxlanılıb. O iriməbləğli dələduzluqda şübhəli bilinir. Bu barədə RBK məlumat yayıb. Məlumata görə, Kustovla birlikdə "Efko" Şirkətlə
30.07.2026 156 Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Pakistanın Lahor şəhərində 3 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hələlik müəyyən edilməyən səbəbdən baş verib. Məlumata görə, hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadalar
30.07.2026 178