BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edib

BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edibBirləşmiş Ərəb Əmirlikləri İrandan Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi debatda çıxışı zamanı BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi deyib.

"Bu tribunadan BƏƏ bir daha İrandan əmirliyin 3 adası Böyük Tomb, Kiçik Tomb və Əbu Musanın işğalına son qoymasını tələb edir. Bu problem nə qədər davam etsə də, bu adalara olan qanuni hüququmuz mövcud olmağa davam edəcək və zaman bizim onların üzərindəki suverenliyimizi ləğv etməyəcək", - o deyib.

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həll edəcək.

Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Onların mülkiyyəti BƏƏ və İran tərəfindən mübahisəlidir. İyulun 17-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi qeyd edib ki, Tehran bu adaları öz ərazisi hesab etdiyi üçün onların statusunu müzakirə etmək niyyətində deyil. Avqustun əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) tərkibində dəniz qüvvələri mübahisəli adalar ərazisində təlimlər keçirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 594   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

30.10.2026 319
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 170
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.