Yeni parkinq sistemi özünü doğruldurmu?

Yeni parkinq sistemi özünü doğruldurmu?7 avqust tarixindən etibarən Bakıda parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Sürücülərdən parklanma yerlərindən istifadəyə görə nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Artıq parklanma ödənişləri mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə edilməlidir. Bəs görəsən yeniliklərdən sonra bu sahədə hansı dəyişikliklər müşahidə olunur?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Mərkəzdə işlər yekunlaşmaq üzrədir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, son 1 ayda parklanmada xeyli irəliləyiş mövcuddur: "Nazirlər Kabinetinin Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiq edilməsi haqqında" qərarının icrası ilə bağlı işlər davam etdirilir. Mərkəzdə parklanma zonasına daxil olan ərazilərdə işlər yekunlaşmaq üzrədir. 1 və 2-ci zonalara daxil olan yerlərdə müvafiq infrastruktur işləri aparılır. Parklanma yerlərində müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılır, nişanlanma xətləri çəkilir. Parklanma yerlərində müəyyən olunmuş qaydalara riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də "Nəqliyyat könüllüləri" prosesə cəlb olunublar. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılıb. Parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer müşahidə edilir. Artıq bir aydan çoxdur ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. 21 sentyabra olan statistikaya əsasən, 129 min 486 nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 9556 nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib".

Yeni küçələrin sistemə qoşulması yönündə işlər aparılır

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Kaspi" qəzetinə açıqlamasında dedi ki, yeni fəaliyyətə başlamış sistem effektini göstərir: "Parklanma ilə bağlı 5 ildir gözlənilən islahat artıq başlayıb. Bir aydır hansı küçələrdə ki bu sistem işləyir, orada nizam-intizamın bərqərar olduğunu müşahidə edirik. Hələ ki, sərt nəzarətin olmadığı müddətdir. Sistemin işləkliyi sübut olunub və davamlı olaraq yeni küçələrin sistemə qoşulması yönündə işlər aparılır".

Normal parklanma olacağı təqdirdə...
R.Ağamirzəyevin fikrincə, sərt nəzarət mexanizmi tətbiq edilsə, nəticə daha effektiv olar: "Qarşıya qoyulmuş hədəflər bəllidir. Sadəcə, qaydalara sərt nəzarət olunmalıdır. Həmçinin sistemin bütün şəhəri əhatə etməsi yönündə işləri bir az sürətləndirmək lazımdır. Qoyulmuş üfüqi nişanlanmaya əməl etməməyə görə cəza sanksiyaları işlək olmalıdır ki, qaydalar işləsin və küçələrimizdə daha nizamlı hərəkəti müşahidə edək. Normal parklanma olacağı təqdirdə bu, həm piyada, həm də avtomobillə hərəkət edənlərə birbaşa müsbət təsir edəcək. Bu, kompleks həll tələb edən məsələdir. Bunun üçün digər qurumlar da üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər".

Hələ də qaydaları pozmağa meylli insanlar var

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, proqram effektini zamanla daha yaxşı göstərəcək: "Qaydaların tətbiqi ilk növbədə şəhərin mərkəzi küçələrinə istiqamətlənib. Mərkəzi küçələrdə parkinq nişanları, ödənişli parklanmaya dair əlavə məlumat lövhəcikləri quraşdırılır. Ümumilikdə işlər pis getmir. Ətraf ərazilərdə də müəyyən işlər görülür, addımlar atılır. Bunlar hələlik ilkin mərhələdə görülən işlərdir. Demək olmaz ki, qısa müddət ərzində bütün hər şey mükəmməl şəkildə həll olunacaq. Yeni qaydalar gözlənilən effekti zamanla verəcək. Çünki hələ də qaydaları pozmağa meylli, yaxud etiraz edən, öz xeyrinə dəyişməyə çalışan insanlar var. Yeni sistemin effektivliyini hər kəs üçün əlçatan olanda görəcəyik. Hazırda deyə bilmərik. Lakin proqramın qarşıya qoyulan hədəfi doğrultmaq ehtimalı yüksəkdir".

Çatışmazlıq qiymətlərlə bağlıdır

E.Muradlının sözlərinə görə, tək problem işləyən insanlarla bağlıdır: "Yeni qaydalar insanların ürəyincədir. Amma bəzi insanlar ödənişlə bağlı etiraz edirlər. Düşünürlər ki, ərazidə yaşayanlara pulsuz imkan yaradıldığı kimi, mərkəzdə iş yeri olanlara da parkinqlərdən istifadədə hansısa formada güzəşt olunmalıdır. Aidiyyəti qurum isə hesab edir ki, parkinqlər daim məşğul olmamalıdır. Çünki parklanma yerləri qısamüddətli nəzərdə tutulub. Dayanan sürücü başqa bir vətəndaşın hüququnu pozur".

Ekspert qeyd etdi ki, insanlara ya güzəşt olunmalıdır, ya da ictimai nəqliyyat düzəldilməlidir: "Şəhərin mərkəzində işləyənlər məcbur qaydada ictimai nəqliyyatdan istifadə etməlidirlər. Vətəndaş şəhərin mərkəzində işə gəlirsə, parklanma bahadırsa, şəhərin ətrafında avtomobili park edib, metroya minib, işə gəlməlidir. Amma ictimai nəqliyyat onsuz da bərbad vəziyyətdədir, avtomobillə gələnləri də oraya yönləndirsək, ümumiyyətlə vəziyyət çıxılmaz olar. O səbəbdən müəyyən qədər güzəştlər etmək lazımdır. Şəhərin mərkəzində kimsə 8-9 saat işləyirsə, deməli, gündəlik 10 manata qədər parklanmaya pul ödəməlidir. Bu isə real deyil. Düşünürəm ki, müəyyən yerlərdə fərdi yanaşma nümayiş etdirmək, güzəştlər tətbiq etmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

30.10.2026 319
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 145
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30.10.2026 170
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.