Vətəndaş müharibəsi astanasında olan Ermənistan

Vətəndaş müharibəsi astanasında olan ErmənistanAzərbaycanın Qarabağ iqtisadi rayonunda reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri zəlzələ effekti yaradıb. İctimai-siyasi vəziyyəti günü-gündən gərginləşən Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır.

"Kaspi" qəzetinin mövzu ilə bağlı yazısında deyilir:

Azərbaycanın başlatdığı antiterror tədbirləri uğurla başa çatdıqdan və qarşıya qoyulan bütün hədəflərə nail olduqdan sonra İrəvan küçələrində xaos başlayıb. Onsuz da Nikol Paşinyanı devirmək üçün fürsət gözləyən müxalifət küçələrə axışıb. Etirazçılar küçələri və yolları bağlayır, ruporlar vasitəsilə insanları mitinqlərə səsləyir, Nikol Paşinyanın istefasını tələb edirlər.

Onların Paşinyandan əsas tələbi isə qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımasıdır. Müxalifət artıq qondarma rejimin tarixə qovuşduğunu bilir, sadəcə Paşinyana qarşı istifadə edilən sonuncu kartın əldən çıxması onları narahat edir. "Küçələrdə Ermənistanın, Zəngəzurun, Basarkeçərin və Qarabağın taleyi həll olunur" tezisi ortaya atılıb.

Qeqamın sınan burnu

Etirazçılar kütləvi aclıq elan etdiklərini bildirərək idmançıları, mədəniyyət xadimlərini, Katalikos Qaregini də aksiyaya qoşulmağa dəvət ediblər. Elə axşam saatlarında polislə etirazçılar arasında ilk toqquşma baş verib. Toqquşma zamanı Hayastan blokunun deputatı Qeqam Manukyan döyülüb. Burnu sınan Manukyan xəstəxanaya yerləşdirilsə də, videomüraciət yayımlayıb və xalqı küçələrə səsləyib. "Erməni dövlətçiliyinin" məhv olma təhlükəsi ilə üz-üzə olduğunu bildirən Qeqam, əslində xalqı vətəndaş müharibəsinə səsləyib.

Manukyan müxalifətin Milli Komitəsini yaradıb

Aksiyalara müxalifətlə yanaşı, keçmiş məmurlar da qoşulub. Ermənistanın birinci baş naziri olan Vazgen Manukyan müxalifət tərəfindən milli komitənin yaradıldığını elan edib və kütləvi itaətsizlik hərəkatına başladığını bildirib. Onun planına əsasən, komitə 11 nəfərdən ibarət olmalıdır. Hazırda 5 nəfərin adı məlumdur: Manukyan, "Şərəfim var" fraksiyasının lideri Hayk Mamicanyan, "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan, "Hayakve" təşəbbüsünün təsisçisi Avetik Çalabyan və "Daşnaksütyun" nümayəndəsi İşxan Saqatelyan.

Polislə toqquşma və həbs dalğası
Aksiya iştirakçıları hökumət binasını mühasirəyə aldıqdan sonra Paşinyan qəti surətdə istefa verməyəcəyini açıqlayıb. Paralel olaraq isə polis aksiya iştirakçılarına qarşı zorakılıq tədbirlərinə start verdi. Baş nazir gözəl anlayır ki, aksiya iştirakçılarının əsas məqsədi İrəvan küçələrini qana boyamaq, bunun günahını hökumətin üzərinə yıxmaq və xalqın gözündə onun qəddar və qaniçən obrazını yaratmaqdır. Bununla belə, polis zorakılıqdan çəkinmir. Artıq yüzlərlə aksiya iştirakçısı polis tərəfindən həbs edilib. Onların arasında keçmiş prezident Robert Köçəryanın oğlu Leon Köçəryan və "Hayastan" fraksiyasının deputatı Mher Melkonyan da var. Həbs edilənlər konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham edilirlər. "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan da polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Müxalifət isə tələbələr və idmançılar vasitəsilə İrəvanda kütləvi iğtişaşlar törətməyi planlaşdırır. Artıq bir sıra ali məktəblər də müxalifətin çağırışına səs verərək aksiyalara qoşulublar. Onların sırasında Fransa Ermənistan Universitetinin olması da maraq doğurur.

Belə görünür ki, tərəflərin qəti surətdə kompromisə getmək niyyəti yoxdur. Artıq müxalifətlə hakimiyyətin ölüm-dirim mübarizəsi başlayıb.

Robert Köçəryan Rusiya kartını işə salır

Bu yaxınlarda İrəvan meriyasına keçirilən seçkilərdə fəallıq nümayiş etdirən Robert Köçəryanın da İrəvandakı etiraz aksiyalarından istifadə edəcəyi ehtimal olunur. Elə bu səbəbdən Ermənistanın eks-prezidentinin Rusiya lideri Vladimir Putinlə telefon danışığı mətbuata sızdırılıb. Ermənistan DTX tərəfindən paylaşılan səs yazısında Köçəryan vəziyyətdən narahat olduğunu bildirir. Məsələ ilə bağlı Köçəryan açıqlama verərək səs yazısının köhnə olduğunu qeyd etsə də, hakim partiyanı razı sala bilməyib. Paşinyan səs yazısını yaydırmaqla, İrəvanda baş verən etiraz aksiyalarında Rusiyanın əli olduğuna işarə edib. Onsuz da son dövrlər baş nazirlə Rusiya arasında münasibətlər kifayət qədər sərindir. Xarici siyasət vektorunu tamamilə Qərbə çevirən Paşinyan Rusiyanın qəzəb oxunu üzərinə çəkdiyini gözəl anlayır. Bu səbəbdən etiraz aksiyalarının təşkilində Rusiyanı günahlandıraraq Qərbdən dəstək istəyir.

Kilsə və diaspor müxalifəti dəstəkləyəcəkmi?

Erməni kilsəsinin də prosesə daxil olacağı istisna edilmir. Artıq I Aram və II Qaregin açıqlama verərək xalqı səfərbər olmağa, Qarabağ ermənilərini qorumağa və Ermənistan dövlətçiliyini mühafizə etməyə səsləyiblər. Dolayısı ilə kilsə uzun müddətdir Paşinyanla gərgin olan münasibətlərinə İrəvan küçələrində aydınlıq gətirmək niyyətindədir. Diaspor isə hələ susur.

Görünür, Paşinyanın Qərbə doğru istiqamət alması diasporun ağalarının işinə yaradığı üçün sükutu daha üstün tutublar. Hadisələrin gedişatı isə Ermənistandakı xaosun daha da böyüyəcəyinə işarə edir. Meriya seçkilərində uğursuzluğa düçar olan müxalifət vəziyyəti vətəndaş müharibəsinə qədər aparacağına işarə etmişdi. İndi də fürsəti əldən vermək niyyətində olmadıqlarını göstərirlər...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 567   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 239
.

Zəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir

30.10.2026 210
.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

30.10.2026 243
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

30.10.2026 296
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 205
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

30.10.2026 403
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30.10.2026 427
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30.10.2026 198
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

30.10.2026 366
.