Meyxanaçının 250 minlik maşın almasına SƏRT REAKSİYA: "Alim də eşşək arabasında gəzməlidir"
"Bugünkü kimi cəmiyyət inkişaf edə bilməz. Yaponiyada müəllimə hədsiz hörmət qoyulur, yaponlar deyir ki, müəllimdən üstün varlıq yoxdur. Bizdə isə müəllimlər artıq biabırçı vəziyyətə düşüblər, istər sosial cəhətdən, istər ictimai nüfuz baxımından çox pis haldadırlar. Onlar repetitorluq, riyakarlıq etməyə məcbur olublar. Bu şəraiti biz yaradırıq. Biz cəmiyyət olaraq ona necə hörmət qoyuruqsa, bu cür də davam edir".
BiG.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış sosioloq Elçin Bayramlı deyib. Son illər müəllimlərin tamamilə nüfuzdan düşdüyünü qeyd edən ekspert bu durumu cəmiyyətin özünün yaratdığını bildirib:
"Məclisə ziyalı, ömrünü uşaqlara həsr etmiş biri gələndə biz onu başa keçirməyib, hər hansı idarə müdiri, biznesmen gələndə onu müəllimdən yuxarıda oturduruqsa, bu, bizim özümüzə, gələcəyimizə verdiyimiz qiymətdir.
Ona görə də bu gün cəmiyyətdə olan problemlərin heç də xaricdən, başqa planetlərdən gəldiyini düşünmürəm. Bu, heç yerdən gəlmir, biz özümüz belə şərait yaradırıq. Bəzən deyirlər ki, məmurlar pisdir, rüşvətxordur, korrupsiyonerdir və s. Biz məmurları Mozambikdən gətirməmişik ki, onlar da bizim materialdandır və bu cəmiyyətdən çıxıb. Məmur sizin qohumunuz, mənim qonşum, başqa birinin dostudur, bu adam bizim cəmiyyətdən çıxmış əsərdir. Gördüyümüz mənzərə isə bizim əsərimizdir. Nə vaxt ki, biz özümüz dəyişmək istəyəcəyik, bax onda heç bu mövzuların müzakirəsinə belə ehtiyac qalmayacaq. Normal cəmiyyətdə bu məsələləri müzakirə etməməliyik".
Müğənnilərin var-dövlətinin hər gün müzakirə mövsusuna çevrilməsi haqda danışan sosioloq bunun səbəblərini açıqlayıb:
"Vaxtilə Üzeyir Hacıbəyov xalqın sevgisini qazanmışdı, o, bunu şou ilə, düşüklüklə əldə etməmişdi. Həmin dövrdə müğənnilər cəmiyyətdə bu qədər müzakirə olunmurdu, çünki hamı bilirdi ki, bu adam səviyyəlidir, sənətkardır, xalq da ona hörmət qoyur və dəstək olur. Amma indikilər elə deyil. Ona görə tez-tez şou-əhli müzakirə olunur, bəzilərində bu qıcıq yaradır, düşünürlər ki, bu, sosial ədalətsizlikdir, niyə alim, müəllim acından ölməlidir, amma şou-biznesdəkilər dəbdəbəli həyat yaşamalıdır? İnsanlarda onun var-dövləti, villası, maşını qıcıq yaradır. Sənətçi bunları ala bilər, amma gərək Müslüm Maqomayev kimi səsi olsun, dövlət üçün işlər görsün, beynəlxalq arenada ölkəsini tanıtsın və s. Bu gün müğənnilərin bir qisminin etdiyi düşük hərəkətlərlə, toylarda oxuyub camaatdan 10-15 min manatla gündəmdə olur. Axı sənin səsin, sənətin 15 minlik deyil. Sən alimin 2 illik maaşını 2 saata ala bilməzsən, çünki onun dırnağına belə dəymirsən! Əgər sənə bu pulu verirlərsə, deməli, bu cəmiyyət elə həmin müğənniyə də layiqdir. Bu cür cəmiyyətdə 255 minlik maşını meyxanaçı sürməlidir, alim də eşşək arabasında gəzməlidir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 "Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104