"No War"çıların xəyanət maskası düşdü" - DEPUTAT

"No War"çıların xəyanət maskası düşdü" - DEPUTAT"Avqustun 15-də "İştirak Evi" adı altında guya müharibə əleydarları olan bir qrup gənc (NOWAR-çılar) ölkəmizin ələyhinə toplantı keçiriblər. Dünən mən də o videonu izlədim. Orada danışan gənclərin dediklərini bura yazmaq qətiyyən mümkün deyil".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Deputat bildirib ki, bu qrupun əsas tezisi ondan ibarətdir ki, guya Azərbaycan Ermənistan ərazisini işğal edib və onlar ermənilər kimi Laçın-Xankəndi yolunun açılmasını tələb edirlər.

"Ermənilər kimi sözünü mübaliğə kimi başa düşməyin. Çünki 200-ə yaxın üzvü olan bu "Postsovet sülh tərəfdaşları"nın 86 nəfəri azərbaycanlı, 73 nəfəri ermənilərdən ibarətdir.
Bu qrup 2020-ci ildə də bildirirdi ki, Ermənistan işğal olunmuş torpaqlarımızı sülhlə qaytaracaq, qaytarmasalar da müharibə etmək olmaz. Ərazi bütövlüyünə yalnız sülhlə nail olmaq olar. Bu cür "sülh" konsepsiyası çox təhlükəli yanaşmadır. Məhz bu cür "sülh" anlayışına görə tarix boyu torpaq itkisinə məruz qalmışıq.

Belə ki, o zaman Qafqazda əsas söz sahibi olan Osmanlı dövlətinin Baş naziri Tələt Paşa və hərbi nazir Ənvər Paşanın Ermənistan dövlətinin yaradılması məsələsinə qətiyyətlə qarşı çıxıblar. Tarixi sənədlər və yazışmalar göstərir ki, Tələt Paşa və Ənvər Paşa Cənubi Qafqazda iki dövlətin – gürcü və müsəlman dövlətinin yaradılmasını, ermənilərin yaşadığı ərazilərin bu iki dövlət arasında bölünməsini təklif edib və erməni məsələsində "çibanı kökündən təmizləmək!" mövqeyindən çıxış ediblər.
Bu araşdırmalar daha müfəssəl şəkildə "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri tarix üzrə elmlər doktoru Vasif Qafarovun kitablarında dəqiq təsbit olunub.
Hətta Azərbaycan nümayəndə heyəti 23 mayda Ənvər Paşaya yazılı müraciət edərək bildiriblər ki, yalnız iki dövlətin yaranması ilə müttəhid Qafqaz fikri məhv olar.
Erməni dövlətinin qurulması üçün də Azərbaycan Milli Şurası 1918-ci ildə müstəqilliyin elan edilməsindən bir gün sonra 29 mayda İrəvanının ermənilərə verilməsi ilə bağlı qanunsuz, haqsız və birtərəfli qərar qəbul ediblər.
Bu qərar ona görə qanunsuz olub ki, Milli Şuranın 44 üzvü olub, İrəvanın ermənilərə verilməsi ilə bağlı qərara isə 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf olaraq səs verib. Yəni bu cür mühüm məsələ üçün tələb olunan nəinki üçdə iki səs çoxluğu, heç quorum da (üzvlərin yarıdan çoxunun iştirakı) olmayıb. Sonradan bu qərarı legitimləşdirmək üçün, protokolu dəyişdirərək iclasda iştirak edən şəxslərin sayını 28 nəfər göstərilib.
İkinicisi bu qərar ona görə haqsız idi ki, İrəvanda yaşayan azərbaycanlıların rəyi öyrənilmədən, onlarla bu məsələ müzakirə edilmədən qərar verilib. Qərar qəbul edilməsindən sonra Milli Şuranın 1918-ci il 1 iyun tarixində keçirilən iclasında İrəvandan olan şura üzvləri – Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov Milli Şuranın "İrəvanın Ermənistana güzəştə getməsi" qərarına qarşı rəsmi etiraz ediblər. Milli Şura İrəvandan olan üzvlərinin etiraz sənədini müzakirə etməkdən imtina edib və onun protokola tikilməsi barədə qərar qəbul edib. Ancaq necəsə olub, həmin etiraz məktubu hazırda arxivdə yoxdu, görünür kimsə "itirib".
Üçüncüsü ona görə birtərəfli qərardır ki, erməni dövləti gələcəkdə Qarabağa iddia etməyəcəklərinə dair heç bir qərar qəbul etməyiblər, bu sadəcə centlmen razılaşması olub.
Bu məsələdə universal hüquq və ədalət prinsiplərindən əlavə, sadə vətəndaş üçün bir sadə reallıq var. Torpaq uğrunda mübarizə aparmaq olar, torpağı geri qaytarmaq olar, hətta müharibədə torpaq itirmək də olur. Ancaq nəyin bahasına olursa-olsun, səbəbi nə olur-olsun döyüşmədən torpaq üzərindən alver etmək olmaz. Bu xəyənətdir. Biz bu xəyanəti heç vaxt unutmayacağıq, unudulmasına da imkan verməyəcəyik.
Nəticədə Osmanlı hökuməti Azərbaycan nümayəndə heyətinin israrını nəzərə alaraq, erməni dövləti yaranmasına razılılq verdi. Ermənistan dövləti də Azərbaycan ərazisi olan İrəvanda yarandı. Ermənistan dövlətini də ilk dəfə de-fakto tanıyan Osmanlı oldu.
Bəziləri Azərbaycan nümayəndə heyətinin çox itaətkar və sülhpərvər olmasının səbəbini onların yerli xalq arasında nüfuzunun olmaması ilə əlaqələndirir. Çünki 1918-ci ildə mart soyqırımı zamanı onların özlərinin də təmsil olunduğu müsəlman fraksiyası Zaqafqaziya hökumətinin gücünü bizə qarşı edilən soyqırımın qarşısının alnmasına yönəldə bilməyiblər, bacarmayıblar.
İstənilən halda tarix sübut etdi ki, Tələt Paşa və Ənvər Paşa haqlı olub, hətta bundan bir ay keçməmiş Rəsulzadə özü də 1918-ci ildə İstanbul konfrasında Osmanlı rəsmiləri ilə görüşündə erməni dövlətinin yaradılması məsələsində səhv etdiyini, ermənilərin sözünün üstündə durmadığını və Azərbaycan üçün böyük bəlaya çevrildiyini bildirib.
Günün reallığı ondan ibarətdir ki, Rəsulzadənin özünün qəbul etdiyi səhvi bəzi "inteligentlər" və radikal müxalifət qəbul etmir. Əksinə Əli Kərimov, Cəmil Həsənli və digərləri bizim dədə-baba torpaqlarımızın Ermənistana verilməsinə haqq qazandırırlar. Onların isə bizim adımızdan danışmaq hüququ yoxdur. Qərbi Azərbaycan icması onlara nifrət edir, Azərbaycan xalqı onlara nifrət edir. Bizim İrəvana sülh ilə qayıtmağımızın qarşısını hec bir güc ala bilməz.
Azərbaycan Prezidentinin öz ad günündə Qərbi Azərbaycan icması ilə görüşü də bu niyyətin nə dərəcədə səmimi və yüksək siyasi prioritetə malik olmasını göstərir.
Biz öz dədə-baba torpaqlarımıza da qayıdacağıq, orada yaşayacayıq da, cənab Prezidentin doğum gününü Göyçə gölünün sahilində də qeyd edəcəyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1161   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorlu

11:53 191
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

12:50 161
.

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə

15:20 174
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20:00 100
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

11:31 197
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

13:50 155
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

16:10 136
.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

10:45 183
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

17:40 146
.