FHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib.
19:06
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
18:26
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb:
"Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
16:30
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik relyefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.
Əlavə məlumat veriləcək.



16:05
"Bələdiyyə torpağında baş vermiş yanğın küləyin təsiri ilə meşə ərazisinə keçib".
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Xızı rayonunun Tıxlı kəndində baş verən yanğına münasibət bildirərkən deyib.
O qeyd edib ki, yanğının söndürülməsi prosesində müvafiq qurumlarla yanaşı, yerli sakinlər də yaxından iştirak edirlər:
"Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində tədbirlər görürlər. Yanğının söndürülməsində yerli əhali də yaxından iştirak edir".
İ.İbrahimova həmçinin yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
15:47
Xızı rayon Tıxlı kəndində yanğın başlayıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Hazırda yanğın davam edir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1141 Tarix: 08 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
12:07 241 ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə
12:16 234 ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ ŞUŞANIN MİLLİ-MƏNƏVİ DİRÇƏLİŞİ
Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunu
12:32 238 Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
12:34 323 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib
11:59 231 Şəhər Günün mübarək, əziz Şuşa!
Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs
11:50 207 Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy
21:45 90 "Arsenal" 14 ildən sonra ilk dəfə "Enfild"də qələbə qazandı
İngiltərə çempionu "Arsenal" 14 ildən sonra ilk dəfə Premyer Liqa oyununda "Enfild" stadionunda "Liverpul"u məğlub edib. -ın xəbərinə görə, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" alman hücumçu Kay Havertsin qolu sayəsində "Liverpul"
19:30 169 "Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ
"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"
13:50 261