Fransada şagirdlərin aksiyaları səngimir

Fransada şagirdlərin aksiyaları səngimirFransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar.

"Qafqazinfo" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 41 orta məktəbdə blokada və ya girişlərin bağlanması cəhdləri qeydə alınıb.

Məlumata görə, şagirdlər Paris, Marsel və Renn şəhərlərində yerləşən məktəbləri mühasirəyə almağa çalışıblar.

Həmçinin qeyd olunub ki, tətildən əvvəlki həftələrdə yüzlərlə məktəb mühasirəyə alınıb.

Ölkənin təhsil naziri Eduard Ceffre sözügedən məsələ ilə bağlı "France Inter" radiosuna açıqlamasında bildirib ki, etirazlara icazə verilir, lakin məktəblərə girişin qarşısının alınması qanunsuzdur.

Onun sözlərinə görə, məlum hadisələr səbəbindən bu tədris ili neçə yüz min şagird təhlükə altındadır.

Xatırladaq ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarında təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəni bürüyüb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı çıxış etməyə başlayıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 127   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bill Klintondan Trampın Putinlə münasibətləri barədə açıqlama

ABŞ-ın keçmiş prezidenti Bill Klinton hazırkı prezident Donald Trampın Rusiya lideri Vladimir Putinə heyranlıqla yanaşdığını bildirib. xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. "Prezident həqiqətən də ona heyranlıqla yanaşır. Hətta bir çox sahədə rəqibimiz olan Çin liderin

11:30 209
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

12:55 240
.

Kreml: Putin Zelenskinin zənginə cavab verəcək

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Rusiya lideri Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verməsi ehtimalını şərh edib. xəbər verir ki, söhbətin bir hissəsi müxbirin Telegram kanalında dərc olunub. Uşakov bildirib ki

11:17 208
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

15:33 223
.

Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə

Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər

18:15 1
.

JURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR

APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fizik

16:44 168
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

12:35 206
.

Ceyranbatan su anbarından meyit tapıldı

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb. Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-c

10:55 242
.

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas

20:30 1
.