Oğlunun həbs xəbərini eşidən əsir anası yıxılıb ağır xəsarət aldı
"Oğluma 20 il həbs verilməsini eşidəndə özümdən gedib yerə yıxıldım. Bir anda dünya başıma fırlandı, şoka düşdüm".
Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
"Hüseynə 20 il iş verildiyini televiziyadan eşitdim. O xəbəri eşidən kimi həyətə çıxdım. Bir anda yerə yıxıldım. Dizlərimin ağrısından oturub-dura bilmirəm, gəzə bilmirəm. Ayaqlarım qan içində idi. İndi də xəbərlərə baxıram. Gözüm oğlumu axtarır, onu görmək, səsini eşitmək istəyirəm. Gecə-gündüz dua edirəm ki, Hüseyn əsirlikdən azad olunsun. O evə qayıtmayana qədər mən yaşaya bilmərəm", - əsir anası bildirib.
Şəlalə Axundova yenidən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladığını söyləyib.
"Həbslə bağlı mənə heç nə demədilər. Xəbərlərə baxanda bildim. Televizorun qarşısında oturub gözləyirdim. Birdən Hüseynin adını eşitdim. 20 il həbs deyiləndə dəli oldum. Bu nə işdir bizim başımıza gəlib. Qırmızı Xaç Komitəsi ilə danışmışam, onlarda da hələ heç bir xəbər yoxdur. İyulun 13-də onlara baş çəkəcəklər. İnşallah övladım həmin vaxta kimi azad olunar. Bizim yazdığımız məktubun gələn ay görüşdə onlara veriləcəyini dedilər. Ümidimizi itirməmişik. İnanıram ki, dövlətimiz Hüseynlə Aqşini erməni əsirliyindən azad edəcək", - Şəlalə Axundova əlavə edib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.
Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. İyunun 21-də isə qondarma qətl işində ittiham olunan Hüseyn Axundova 20 il həbs həbs cəzası kəsilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1781 Tarix: 23 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYALNIZ İRAN DEYİL, DÜNYA QORXU İÇİNDƏ
Benyamin Netanyahu hakimiyyətini qoruyub saxlamaq üçün müharibəni davam etmək istəyir və İrana nüvə zərbəsi endirilməsi məqsədilə Donald Trampa təzyiq göstərir. Bunu Türkiyə mediasına istinadən bildirib. ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi iddiası dünya gündəmini silkələyib. ABŞ-də aralıq seçkilə
11:52 0 Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
02.11.2026 413 Azərbaycanın gözü - Şuşa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində
02.11.2026 303 Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var
Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları
02.11.2026 331 Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
11:25 98 Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələr
Bir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən "yox"
02.11.2026 360 Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas
02.11.2026 372 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
02.11.2026 263 Ailə dəyərləri, uşaqların təhlükəsizliyi və LGBT mövzusu: Cəmiyyəti düşündürən suallar
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda fərqli yanaşmaların ortaya çıxdığı mövzulardandır. Bu barədə danışarkən insanları təhqir etmək və ya qarşı tərəfi damğalamaq əvəzinə, məsələnin mahiyyətini araşdırmaq, hüquqi çərçivən
11:55 0