Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələr

Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələrBir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən "yox" deməyi bacarması onun emosional inkişafı üçün olduqca vacibdir.

Mütəxəssislərin fikrincə, uşaqların imtina etməkdən çəkinməsi çox vaxt erkən yaşlarda formalaşan davranışlarla əlaqədardır.

Məsələn, yeddi yaşlı qız sinif yoldaşı sevimli oyuncağını istədikdə ona etiraz edə bilmir. Oyuncağı vermək istəməsə də, qarşı tərəfin israrından sonra razılaşır. Bir müddət sonra isə evdə ağlamağa başlayır. Halbuki heç kim onun oyuncağını zorla əlindən almayıb. Eyni vəziyyətdə başqa bir uşaq sakit şəkildə "yox" deyərək oyununa davam edə bilər. Psixoloqlar bu fərqi uşaqların imtina etməyə münasibətinin necə formalaşması ilə əlaqələndirirlər.

Uşaqlar niyə "yox" deməkdən qorxurlar?

Mütəxəssislərin sözlərinə görə, uşağın imtina edərkən günahkarlıq hiss etməsi çox vaxt böyüklərin reaksiyaları nəticəsində formalaşır. Əgər uşaq kiçik yaşlarından "yox" dediyinə görə danlanır, cəzalandırılır və ya valideynlərinin narazılığı ilə qarşılaşırsa, zamanla imtinanı mənfi nəticələrlə əlaqələndirə bilər.

Belə uşaqlar böyüdükcə yalnız valideynlərinə deyil, dostlarına və sinif yoldaşlarına da etiraz etməkdə çətinlik çəkə bilərlər. Psixoloqlar bildirirlər ki, uşağa öz sərhədlərini qorumağın normal davranış olduğunu izah etmək lazımdır. O bilməlidir ki, hər istəyə razılıq vermək məcburiyyətində deyil.

Uşağa "yox" deməyi necə öyrətmək olar?

Mütəxəssislər valideynlərə bu bacarığı ev şəraitində məşq etdirməyi tövsiyə edirlər. Məsələn, valideyn uşağa müxtəlif vəziyyətlər təqdim edə bilər: "Dostun sənin oyuncağını istəyir, amma sən vermək istəmirsən. Nə deyərdin"?

Uşağa "İndi istəmirəm", "Bu mənə uyğun deyil", "Oyuncağımı vermək istəmirəm" kimi sadə ifadələr öyrətmək olar. Bu cür məşqlər uşağın real vəziyyətlərdə daha rahat davranmasına kömək edir. Çünki o, əvvəlcədən necə cavab verəcəyini bilir və təzyiq altında özünü izah etmək məcburiyyətində qalmır.

Psixoloqların fikrincə, bu məşqlərin mütəmadi təkrarlanması uşağın imtina ilə bağlı narahatlığını azalda bilər.

Valideynlərin ən çox etdiyi səhv

Mütəxəssislər bildirirlər ki, bəzi valideynlər uşaqlarına dostlarına "yox" deməyi öyrətsələr də, evdə onların etirazını qəbul etmirlər. Məsələn, uşaq valideyninin istəyini yerinə yetirmək istəmədikdə dərhal danlanırsa, bu, onda ziddiyyətli təsəvvür yarada bilər.

Uşaq başa düşmür ki, nə üçün dostuna etiraz etmək normaldır, amma böyüklərə qarşı eyni davranış qadağandır. Buna görə də valideynlər uşaqlarının fikirlərini dinləməli, onların istəklərini və şəxsi sərhədlərini nəzərə almalıdırlar. Bununla yanaşı, təhlükəsizlik və digər zəruri qaydaların qorunması da vacibdir.

Bəs uşaq hər şeyə "yox" deməyə başlasa?

Valideynləri narahat edən məsələlərdən biri də uşağın imtina etməyi öyrəndikdən sonra kobud davranması ehtimalıdır. Psixoloqlar bildirirlər ki, uşağa imtina ilə kobudluq arasındakı fərq izah edilməlidir.

Məsələn, "Sənə verməyəcəyəm, çıx get!" deməklə "Bağışla, amma indi vermək istəmirəm" demək eyni deyil. Uşaq başa düşməlidir ki, öz fikrini bildirmək və şəxsi sərhədlərini qorumaq başqalarına qarşı hörmətsizlik etmək demək deyil.

Hansı yaşdan başlamaq lazımdır?

Mütəxəssislərin fikrincə, uşaqlara imtina etməyi üç-dörd yaşlarından sadə oyunlar vasitəsilə öyrətmək mümkündür. Bu yaşda müxtəlif rollu oyunlar qurmaq və uşağa seçim etmək imkanı vermək faydalıdır. Altı-yeddi yaşlarından etibarən isə dostların təsiri, şəxsi sərhədlər və başqalarının təzyiqinə qarşı davranış haqqında daha ətraflı söhbətlər aparmaq olar.

Psixoloqlar vurğulayırlar ki, uşağın "yox" deməyi öyrənməsi üçün yalnız bir dəfə söhbət etmək kifayət deyil. Bu bacarıq gündəlik münasibətlərdə, valideynlərin anlayışlı reaksiyası və müntəzəm məşqlər nəticəsində inkişaf edir. Ən vacibi isə uşağın bilməsidir ki, kiminsə istəyini rədd etmək onu pis dost və ya pis insan etmir. Öz sərhədlərini qorumaq sağlam münasibətlərin vacib hissəsidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 122   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai

16:29 198
.

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind

17:12 158
.

Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələr

Bir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən "yox"

19:15 1
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

15:33 223
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

12:35 206
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

12:34 274
.

Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm

16:54 150
.

ZƏFƏR GÜNÜ - MİLLİ İRADƏNİN, TARİXİ ƏDALƏTİN VƏ AZƏRBAYCANÇILIQ RUHUNUN TƏNTƏNƏSİ

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin milli yaddaşına, dövlətçilik düşüncəsinə və tarixi kimliyinə də mühüm təsir göstərir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü xalqımızın taleyində bel

12:15 219
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca

12:50 209
.