Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər isə məktəbdən, tədris proqramından və sinif səviyyəsindən asılı olaraq dəyişir. Bəs bu il özəl məktəblərdə təhsil almaq neçəyə başa gəlir və qiymətlər ötən illə müqayisədə necə dəyişib?

Trend-in araşdırmasına görə, 2026-2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları fərqli məbləğlər təşkil edir.

Hədəf Liseyində bu ildən təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000-12 000 manat arasında dəyişir. Qeyd edək ki, ötən tədris ilində Hədəf Liseyində illik təhsil haqları 5 000-9 000 manat arasında dəyişirdi.

LANDAU School-da 2026-2027-ci tədris ili üzrə ibtidai siniflərdə (I-IV) illik təhsil haqqı 9 200 manat təşkil edir. Ötən tədris ilində isə ibtidai siniflər üzrə illik təhsil haqqı 6 300-8 700 manat arasında dəyişib. 2026-2027-ci tədris ili üzrə orta siniflərdə illik təhsil haqqı sinif və tədris proqramından asılı olaraq dəyişir. Belə ki, 5-7-ci siniflərdə illik ödəniş 10 700 manat, 8-9-cu siniflərdə isə 11 500 manat təşkil edir. 10-11-ci siniflər üzrə SAT proqramının təhsil haqqı 11 650 manat, A-Level proqramı üzrə isə 14 400 manatdır. Ötən tədris ilində illik təhsil haqları 7 300-13 600 manat arasında dəyişib.

Xəzər Universiteti Dünya Məktəbində illik təhsil haqqı 2026-2027-ci tədris ili üçün sinif səviyyəsinə və təhsil proqramına görə fərqlənir.

I-IV siniflər (PYP, ingilis bölməsi) - 9 500 manat; V-IX siniflər (MYP, ingilis bölməsi) - 11 000 manat; X-XI siniflər (IB Diplom Proqramı) - məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün 14 000 manatdır.

Bakı Oxford Məktəbində 2026-2027-ci tədris ili üzrə illik təhsil haqları məktəbəqədər hazırlıq pilləsində 9 000 manat, ibtidai siniflərdə 17 000-17 500 manat, orta siniflərdə isə 18 000-19 000 manat təşkil edir. Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500-22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflər üzrə qəbul üçün 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən tədris ilində məktəbin ibtidai siniflərində illik təhsil haqqı 17 000-17 500 manat, yuxarı siniflərdə isə 17 500-20 500 manat arasında dəyişib.

Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000-11 100 manat arasında dəyişir. Qiymətə dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən tədris ilində lisey də illik təhsil haqları 8 350-9 450 manat arasında dəyişib.

Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000 manat, I-VI siniflər 20 000 manat, VII-XII siniflər 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır.

Avropa Azərbaycan Məktəbində illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 9 000-17 500 manat arasında dəyişir. Məktəbəqədər təhsil 9 000, I-IV siniflər 12 500, V-IX siniflər 14 500, X-XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində illik təhsil haqları 11 250-16 250 manat olub.

SABIS SUN International School-da 2026-2027-ci tədris ili üzrə illik təhsil haqları sinifdən asılı olaraq 12 206-17 000 manat arasında dəyişir. Ötən tədris ilində illik təhsil haqları 14 400-15 900 manat arasında dəyişib.

Bakı Modern Təhsil Kompleksi I-IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.000 manat, ingilis bölməsi üçün 18,000, 9-11 siniflər üzrə təhsil haqqı ingilis bölməsi üzrə 17 min manat təşkil edir. Ödənişə gündə 3 dəfə sağlam qidalanma, xarici dil, üzgüçülük, şahmat, gimnastika, rəqs, robototexnika və s. dərnəkləri də aiddir. Ötən il illik təhsil haqqı 12 000 manatdan başlayırdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 143   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm

02.11.2026 363
.

JURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR

APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fizik

02.11.2026 533
.

"İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai

02.11.2026 540
.

Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib

Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy

02.11.2026 367
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

02.11.2026 286
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

02.11.2026 270
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

02.11.2026 359
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

02.11.2026 300
.

Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma

02.11.2026 377
.