Gədəbəyin Söyüdlü kəndinin etiraz edən sakinləri Baku TV-yə danışdılar - VİDEO

Gədəbəyin Söyüdlü kəndinin etiraz edən sakinləri Baku TV-yə danışdılar - VİDEOGədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində süni gölün yaradılmasına etiraz edən sakinlər Baku TV-yə danışıblar.

Sakinlər kənddə ikinci süni gölün yaradılmasından narazı olduqlarını bildirirlər:

"Üç il əvvəl nazirlik qərar çıxardı ki, bu gölün üstü örtülməlidir. Buna baxmayaraq, ikinci gölü yaratmaq istəyirlər".

Sakinlər, həmçinin, qeyd ediblər ki, kənddə qurulan süni göl xəstəliklərə səbəb olur:

"Göl qurulandan etiraz etmişik ki, bura kəndlinin mal-qarasının örüş sahəsidir. Ağaclarımızda meyvə yoxdur, cavanlarımızın hamısı xəstəliyə tutulub".
İki gündür gündəmdə olan bu mövzu ilə bağlı artıq hökumət də hərəkətə keçib. Baş nazir Əli Əsədovun iyunun 21-də imzaladığı sərəncamla Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.

Komissiyaya rayonun Söyüdlü kəndində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Baş verənlərlə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da rayonun Söyüdlü kəndinə gedib. Sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib. Kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib. İcra hakimiyyətinin başçısı narazılığın həlli ilə bağlı da kənd sakinləri ilə fikirlərini bölüşüb.

Ətraflı videonu təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Günəşin ürəyindəki ritm dəyişdi: Qlobal rabitə şəbəkələri təhlükə altındadır?

Günəş ilk baxışda sakit və sabit parlayan bir kürə kimi görünsə də, alimlər onun daxilində baş verən proseslərin getdikcə daha qeyri-adi xarakter aldığını bildirir. Helioseysmologiya adlanan xüsusi metod sayəsində 40 ilə yaxın müddətdə toplanan məlumatlar Günəşin daxili quruluşunda əvvəllər müşahid

03.06.2026 122
.

Şəhid atası vəfat etdi

Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb. Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirlər

03.06.2026 159
.

NASA rəhbəri UNO iddialarına aydınlıq gətirdi

"Qəzaya uğrayan naməlum uçan obyektlərlə və ya ölən yadplanetlilər barədə sənədli sübut yoxdur". BİG.AZ xəbər verir ki, bunu NASA-nın rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" forumunda bildirib. O qeyd edib ki, agentlikdə bu barədə heç bir sənədləşdirilmi

03.06.2026 114
.

Aysel Manaflının "Eşqə xəyanət" mahnısı Youtube-dan niyə silindi?

Azərbaycanlı müğənni Aysel Manaflınin ifasında təqdim olunan "Eşqə xəyanət" mahnısı son günlər sosial şəbəkələrdə və musiqi platformalarında geniş müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, dinləyicilər tərəfindən maraqla qarşılanan mahnının qısa zamanda "YouTube" platformasınd

03.06.2026 256
.

Ətsiz qidalanma trendi: Fayda və risklər

"Əti rasiondan çıxarmaq mümkündür, lakin onu əvəz etmək üçün tək bir qida məhsulu kifayət etmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və insan orqanizmi üçün vacib olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir. Ümumilikdə insan orqanizmi 20 növ amin turşusundan istifadə edir ki

03.06.2026 213
.

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur. Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti

03.06.2026 201
.

Konsertdən qızıl üzük tapdı

Müğənni Aysel Əlizadə həmkarı Elçin Cəfərovun konsertində qızıl tapdığını deyib. Axşam.az xəbər verir ki, qızıl üzüyü paylaşıan sənətçi sahibini axtardığını bildirib. "Elçin Cəfərovun konsertində birinci sırada üzük tapdım. Kiminsə nişan üzüyünə oxşayır. İstəyirəm baxılsın, kim itiribsə içindək

03.06.2026 277
.

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

İntizamsızlığa görə "Qarabağ"ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin "Panatinaikos" klubu maraqlanır. Son mövsümü 4-cü pilləd

03.06.2026 221
.

Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - "Xəstəxanaya çatdırıldı"

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb. "Qafqazinfo"nun məlumatına görə, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb. Hakim Leyla Əsgərova Məmmədov

03.06.2026 210
.

TOP MP3