Emin Alyona ilə münasibətindən danışdı
"Alyona ilə tanış olanda onun bir övladı var idi. Onun oğlu 16 yaşındadır. Mənim və onun övladlarımız yaxşı ünsiyyətdədir. Alyona ilə bir neçə ildir birlikdəyik və heç nəyi dəyişməyi planlaşdırmıram. Onu çox sevirəm. O, bunu yaxşı bilir".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova haqda danışarkən deyib. Müğənni "Света Вокруг Света" verilişinin Bakıdakı çəkilişinin qonağı olub. Şəxsi həyatından söz açan Emin ikinci evliliyindən bəhs edib:
"Çətin xasiyyətim var. İş cədvəlim isə hər zaman doludur. Ya tikinti işi ilə məşğulam, ya da harasa uçuram. Həmişə Alyonanın fikrini dinləyirəm, onunla məsləhətləşirəm, çünki onun baş verən hər şeyə öz baxışı var. Eyni zamanda mənə çox faydalı və düzgün məsləhətlər verir. Təbii ki, həyat tərzimi dəyişməyim üçün mübarizə aparır. Deyir ki, daha çox dincəl, vaxtında ye və yat, az siqaret çək və alkoqol qəbul etmə. Alyona qızımızı böyütməklə məşğuldur. Harasa gedib uçsalar, onlarla vaxt keçirməyə çalışıram. Xüsusilə də tətilə gedəndə hər zaman onlarla birlikdəyəm. Alyona yüksək üslub və zövqə malikdir. İşim çox olduğu üçün ona az diqqət yetirirəm. Yadıma düşür ki, ona bir qədər diqqət yetirməliyəm və bunu həmişə böyük məmnuniyyətlə edirəm. Ona sürprizlər etməyi sevirəm. Alyona həyatımın möcüzəsidir".
Ağalarov Alyona ilə necə tanış olmalarından danışıb:
"Alyona olmasaydı, həyatım başqa cür idi. Onunla karaokedə tanış olduq. Bu, mənim karaokeyə gedib çıxış etdiyim dövrə baş verib. O zaman tamaşaçım yox idi, karaokedə oxuyurdum. Alyona karaokeyə 15 dəqiqəlik gəlmişdi. Rəfiqəsi ilə gəldi, dayandı və getdi. Orada mahnı oxumadı. Sonra onunla görüşdüm, amma nömrəsini almadım. Daha sonra onunla yenidən görüşdüm. Ona yaxınlaşdım. Məni xatırladı. Onu o qədər bəyəndim ki, başımdan çıxara bilmədim və çıxarmağa da cəhd etmədim.
Əvvəl düşündüm ki, onun övladı, həyatı var, mənim də öz... Ancaq sonra illər keçdikcə başa düşdük ki, bəlkə də kifayət qədər ciddi bir şey əldə edə bilərik. Sonra toyumuz oldu, amma bir az sonra ayrıldıq. Pandemiya dövrünü ayrı yaşadıq. Sonra anladım ki, düzgün etmədim. İndi biz yenidən bir yerdəyik. Hər şeyin yoluna düşdüyünə şadam".
Emin bildirib ki, yenidən övladı olmasını istəyir:
"Amma Alyona buna qarşıdır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR
Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:
20.09.2026 549 Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16.09.2026 583 Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20.09.2026 836 Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."
Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə
23.09.2026 494 Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13.09.2026 467 ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq
Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ
22.09.2026 318 Zeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23.09.2026 481 Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"
2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə
27.09.2026 222 2 aktrisa saxlanıldı
Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi
26.09.2026 215