"Ermənilərin transsərhəd çayı üzərində zavod tikməsi Azərbaycana ekoloji təhdidin davamıdır" - ŞƏRH

"Ermənilərin transsərhəd çayı üzərində zavod tikməsi Azərbaycana ekoloji təhdidin davamıdır" - ŞƏRH"ABŞ-nin "GTB Steel" şirkəti Ermənistan ərazisində, Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikir. Zavodu inşa edənlərin iddiasına görə, müəssisə Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir. İddiaya görə, yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur. Ancaq bu, inandırıcı deyil. Azərbaycan ekoloqlarını, vətəndaş cəmiyyətini narahat edən odur ki, bu müəssisə zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq. Bu cür düşünməyimizə əsaslar var. Çünki ortada acı təcrübə mövcuddur".

Bu fikirləri Oxu.Az-a Ermənistanın Arazdəyən kəndində tikdiyi zavodun ekoloji zərərlərindən danışarkən "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli söyləyib. O, son 30 ildə Ermənistanın Azərbaycan ərazilərinə qarşı ekoloji cinayətlər törətdiyini xatırladıb:

"Zəngilanda qiyməli çinar meşələri məhv edilib. Kəlbəcərdə, Ağdərədə qızıl mədənləri standartlara uyğun olmayan tərzdə istismar olunub, talan edilib. Transsərhəd Oxçuçay kifayət qədər çirkləndirilib. Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının çirkləndirdiyi Oxçuçay hövzəsi ekoloji fəlakət zonasıdır. Artıq Oxçuçay "ölü çay" adlanır.

Bundan öncə Azərbaycan vətəndaş cəmiyyəti institutları, dövlət qurumları Metsamor AES-in ətraf mühitə zərərli təsiri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlamışdı. Bu məsələ həllini tapmamış Ermənistan sərhəddə iri metallurgiya zavodunun inşasına başlayıb. Biz bundan narahatıq. Əvvəla, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin konvensiyanın tərəfləridir. Həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Müxtəlif beynəlxalq sənədlərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Ancaq Ermənistan sırf özünün iqtisadi maraqlarını önə çəkir, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur".

Elman Cəfərli onu da qeyd edib ki, Arazdəyəndə inşa edilən metallurgiya zavodu bölgənin içməli su ehtyatlarına da ciddi təhlükə yaradır:
"Çünki bir ton əlvan metalın istehsalı üçün 4 min kubmetr su tələb olunur. Metallurgiya sənayesi tullantılarının yalnız 34 faizi tamamliə utilizasiya olunur, yerdə qalan hissəsi isə ətraf mühitə atılır.

Araz çayı Azərbaycanın əsas içməli su qaynaqlarından biridir. Bu çayın çirkləndirilməsi bölgədə sağalmaz xəstəliklərin yaranmasına, çay hövzəsinin flora və faunasının məhvinə gətirib çıxaracaq. Buna kimi onsuz da Araza Ermənistan tərəfindən kifayət qədər istehsalat və məişət tullantıları axıdılıb.

Araz çayının sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. Yaranmış durum Araz suyundan suvarma məqsədilə istifadə edən geniş təsərrüfatlar üçün təhlükə törədir. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Ermənilərin sərhəd çayı üzərində zavod inşa etmələri Azərbaycana qarşı ekoloji təhdidin davamıdır. Bu müəssisənin tikilməsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını ekotəhdidlə üz-üzə qoyacaq. Biz bunun qarşısını almalıyıq. Azərbaycan bu cür böyükmiqyaslı ekoloji cinayətə göz yuma bilməz. Beynəlxalq təşkilatlara, sözügedən zavodun inşasına sərmayə yatıran şirkətin mənsub olduğu ABŞ dövlətinə, Bakıda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə müraciət olunmalı, sosial şəbəkələrdə ciddi kampaniyalar davam etdirilməlidir".

Qeyd edək ki, Arazdəyən kəndində 70 milyon ABŞ dolları sərmayə qoyulmuş layihənin icrasına artıq başlanılıb. Böyük istehsal müəssisəsi kimi planlaşdırılan zavodun sahəsi 16 500 kvadratmetr olacaq. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Bu da kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir. Məlumata görə, müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 18 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Böyük Qayıdış - tarixi Zəfərin yaratdığı yeni reallıq və Azərbaycanın strateji inkişaf hədəfi

Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi yalnız işğaldan azad edilmiş ərazilərə insanların köçürülməsi deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin təntənəsinin və dövlətin öz vətəndaşına sahib çıxmasının mühüm göstəricisidir. Bu proses 44 günlük Vətən müharibəsində qazanılmı

17:04 105
.

Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?

Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri

12:07 240
.

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind

02.11.2026 371
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

13:58 347
.

YALANIN ALQIŞLANDIĞI, DÜRÜSTLÜYÜN UTANDIRILDIĞI BİR DÖVRDƏ YAŞAYIRIQ

Son zamanlar ətrafıma bir qədər diqqətlə nəzər salıram. Sanki insanlığın tərəzisi pozulub, dəyərlərin yeri dəyişib, doğru ilə yanlış arasındakı sərhəd itib. Saxta təbəssümlərin, üzlərə taxılan maskaların, səmimiyyətdən uzaq münasibətlərin hökm sürdüyü bir dövrdən keçirik. İnsanlar bir-birinə gülümsəyir

15:03 194
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

12:24 236
.

Müğənnilərdən sevgi dolu duet - "Hardasan, sevgilim"

Müğənnilər Sevindik Oruc və Məryəm Uğur "Hardasan, sevgilim" adlı mahnını dinləyicilərə təqdim ediblər. xəbər verir ki, duet qısa zamanda musiqisevərlərin diqqətini cəlb edib. Mahnının adı və romantik ab-havası dinləyicilərə sevgi mövzusunda duyğusal anlar yaşadır. Sevindik Oruc və Məryəm Uğuru

11:36 265
.

Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb

Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd

11:25 243
.

Fransada şagirdlərin aksiyaları səngimir

Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar. "Qafqazinfo" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 4

02.11.2026 362
.