Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.
Fərmanla Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılıb.
Müəyyən edilib ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir, mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.
Nazirlər Kabineti iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini, Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Maliyyə Nazirliyi Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalı, Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etməli, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 132 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
02.11.2026 475 Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?
Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri
12:07 228 Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
02.11.2026 501 NOYABRDA "YAY HAVASI"NIN SƏBƏBLƏRİ
Son günlər havaların isti keçməsi insanları təəccübləndirir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 4-də 23-24 dərəcə isti gözlənilir. Noyabrda havaların belə isti olması normaldır və bunun səbəbləri nədir? . "Noyabr ayında Azərbaycan üçün normal hava temperaturu 17-1
16:38 136 Çay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri
Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. xarici mediaya istinadl
02.11.2026 361 Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
13:12 209 Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var
Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları
02.11.2026 383 Rejissor özünü güllələdi
Amerikalı tanınmış kinorejissor, ssenarist və prodüser Maykl Mann təsadüfən özünü güllələyib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. 83 yaşlı rejissor məşq zamanı silahını qobura yerləşdirərkən təsadüfən atəş açılıb. Nəticədə Man
02.11.2026 354 İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö
12:55 214