Ermənistanın əsir saxladığı hərbçilərimizə baş çəkildi

Ermənistanın əsir saxladığı hərbçilərimizə baş çəkildiİyunun 13-də BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.

Bu barədə "Qafqazinfo"ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

BQXK-nin rəsmisinin sözlərinə görə, onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı verilib:

"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Daha sonra azərbaycanlı hərbçilər "bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb. O, "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə" təqsirləndirilir. Mayın 8-də isə A.Bəbirov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 14 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Ukraynanın bir sıra şəhərlərini bombalayıb

Rusiya ilə Ukrayna arasında davam edən müharibə 2026-cı ilin fevral ayında da aktiv fazada qalır. Döyüşlərin 1447-ci günündə cəbhənin bir neçə istiqamətində qarşıdurmalar davam edir, tərəflər itkilər barədə məlumat açıqlamaqda davam edir. Xüsusilə Ukraynanın şərq və cənub bölgələrində vəziyyət gərgi

10.02.2026 256
.

Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb. Bizim.Media xəbər verir ki, Səbail Rayon Məhkəməsi belə qərar qəbul edib. Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərini

10.02.2026 339
.

"Səni canım bahasına istəmişdim..."

Aparıcı Vüsalə Əlizadə qızı Diləyin doğum gününü təbrik edib. OLAY yazır ki, sosial media hesabında bununla bağlı paylaşım edən sənətçi qızına arzularını dilə gətirib:. "Bu gün həyatımda qızıl hərflərlə yazılan möcüzə gün, 10 fevral. Dünyanın içində dünyamı qucaqladığım gün. Dünyama gəlişin həya

10.02.2026 658
.

Dubay şahzadəsiyəm deyib qadın biznesmenin milyonlarla dollarını ələ keçirdi

Nigeriya sakini özünü Dubayın vəliəhd şahzadəsi kimi təqdim edərək rumıniyalı sahibkarın 2,5 milyon dollar pulunu mənimsəyib. xarici KİV-ə istinadla bildirir ki, dələduz Nzube Henri Ikedji Rumıniyadan olan Laura adlı qadınla peşəkar əlaqələr üçün nəzərdə tutulmuş LinkedIn sosial şəbəkəsi vasitəsilə tanı

10.02.2026 219
.

Qurban Qurbanovun qızının toyudur - Video

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhranın toyudur. "Qafqazinfo" xəbər verir ki, o, Samir adlı bəylə ailə həyatı qurur. Cütlüyün xeyir işi Bakıdakı restoranlardan birində baş tutur

10.02.2026 549
.

Yeni sədr Saleh Məmmədovun qudasını işdən çıxarıb? - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirl

10.02.2026 338
.

Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2015-ci ildən Dövlət Statistika Komitəsinin sədri olan Tahir Budaqov ötən gün Prezidentin Sərəncamı ilə vəzifəsində

10.02.2026 276
.

Qurban Qurbanov stadionda qar təmizləyir - Video

Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək "Şamaxı" - "Qarabağ" oyunundan öncə stadionun qardan təmizlənməsi işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da təmizləmə işlərinə qoşulub. Onunla bağlı görüntülər

10.02.2026 409
.

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, R.İsmayılov bu təyinatadək ekologiya və təbii sərvətlər nazirinin I müavini vəzifəsində çalışırdı. Məlumat üçün bildirə

10.02.2026 339
.

TOP MP3