Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunan "Möhtəşəm türk qızı" kimdir? - DOSYE
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin Mərkəzi Bankının sədri vəzifəsinə Hafize Qaye Erkanı təyin edib.
BAKU.WS-in məlumatına görə, ABŞ-də "Möhtəşəm türk qızı" adı ilə tanınan Erkanın həyatı hamı üçün maraq doğurur.
Əvvəlcə ondan başlayaq ki, Hafize Qaye Erkan Türkiyə tarixində ilk dəfə Mərkəzi Banka təyin olunan qadın rəhbərdir. Buna qədər həmin postu əks cinsin nümayəndələri daşıyıb.
1982-ci il təvəllüdlü Erkan İstanbul Erkek Liseyini ikinci, Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini birinciliklə bitirdikdən sonra tam təqaüdlə Birləşmiş Ştatlara yollanıb. .
Ona Stanford, Prinston, Boston və Kaliforniya da daxil olmaqla 9 universitetdən təqaüd təklifi gəlib. Lakin Erkan Prinstonu seçib.
Beləliklə, hər il cəmi 2 nəfərə verilən "Fəxri doktorluq" təqaüdü müqabilində Erkan həmin təhsil ocağı ilə əməkdaşlığa başlayıb. Ona həmçiin yaşamaq üçün ev, ayda 3200 dollar cib xərci və ABŞ Milli Elmlər Akademiyası tərəfindən araşdırma aparmaq üçün limitsiz büdcə verilib.
O, Prinstonda 2 illik doktorantura proqramını 1 ilə bitirən ilk tələbə olub. Bununla da o, ölkənin "ən gənc maliyyə professoru" adını qazanıb. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib. .
Prinstonda təhsilini başa vurduqdan sonra aldığı təkliflə 2005-ci ildə "Goldman Sachs"da iş karyerasına başlayıb. O, burada 9 ilə yaxın işləmiş, daha sonra maliyyə problemlərinə görə dövlət idarəsinə verilmiş "First Republic Bank"da müdir vəzifəsində işləməyə başlayıb.
O, yeni iş yerində uğurlu karyera qurub və bankın vəsaitlərinin 10 dəfəyə qədər artırılmasında böyük rol oynayıb. Bununla da o, bankın top-menecerlərindən birinə çevrilib. Erkan həmçinin iki il ABŞ-da yerləşən zərgərlik şirkəti "Tiffany&Co"da idarə heyətinin üzvü olub və hələ də qlobal maliyyə konsaltinq şirkəti "Marsh McLennan"da idarə heyətinin üzvüdür.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 995 Tarix: 09 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
03.11.2026 249 Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər
03.11.2026 179 Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?
Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri
03.11.2026 276 Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə
03.11.2026 257 Oğurladığı pulu dovşanlar yedi
Rusiyanın Lipetsk vilayətində qeyri-adi oğurluq hadisəsi baş verib. yerli mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın sonlarında Lev-Tolstoy rayonunda baş verib. 49 yaşlı qadın 86 yaşlı tanışına ev işlərində kömək edirmiş. Hər iki qadın həyətdə işləyərkən evdə telefon zəng çalıb. Yaşlı qadın tanışında
03.11.2026 255 İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi
03.11.2026 182 Ailə dəyərləri, uşaqların təhlükəsizliyi və LGBT mövzusu: Cəmiyyəti düşündürən suallar
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda fərqli yanaşmaların ortaya çıxdığı mövzulardandır. Bu barədə danışarkən insanları təhqir etmək və ya qarşı tərəfi damğalamaq əvəzinə, məsələnin mahiyyətini araşdırmaq, hüquqi çərçivən
03.11.2026 262 Böyük Qayıdış: tarixi ədalətin bərpası, milli dirçəliş və Azərbaycanın yeni inkişaf strategiyası
Azərbaycanın müasir dövlətçilik tarixində Böyük Qayıdış prosesi öz miqyasına, siyasi mahiyyətinə və tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Bu prosesə yalnız işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi kimi yanaşmaq düzgün olmazdı. Böyük Qayıdış, ilk növbədə
03.11.2026 240 Məşhur aktyorla bağlı 63 milyon dollarlıq borc QALMAQALI
"The Princess Diaries" filmi ilə tanınan amerikalı aktyor Erik fon Dettenin əvvəllər çalışdığı qiymətli metalların satışı ilə məşğul olan "Rosland Capital" şirkətinin 63 milyon dollardan çox borcu olduğu məlum olub. xarici mediaya istinadən xəbər verir ki, iyul ayında müflis olduğun
03.11.2026 226