"Havadarlarına arxayın olub yersiz inadkarlıq etmək erməniləri daha da çıxılmaz duruma salır" - RƏY

"Havadarlarına arxayın olub yersiz inadkarlıq etmək erməniləri daha da çıxılmaz duruma salır" - RƏY"2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan həm Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib, həm də yeni reallıqlar yaradıb. Bu gün cərəyan edən proseslər isə artıq regionda sabitliyin və inkişafın olmasında maraqlı olan xarici güclərin də həmin reallığı qəbul etdiyini deməyə əsas verir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, hələlik Ermənistan bu reallığı tam olaraq qəbul etməyə çətinlik çəkir: "Amma onlar da gec-tez bunu qəbul edəcəklər. Nə qədər tez qəbul etsələr bir o qədər Ermənistanın və ermənilərin işinə yarayacaq. Çünki ötən hər dəqiqə, hər saat Ermənistanın ziyanına işləyir. Onlar dövlətlərinin varlığını qorumaq istəyirlərsə, reallığı qəbul edib, Azərbaycanla sülh müqaviləsini imzalamalıdırlar".

V.İskəndərovun sözlərinə görə, əslində, yersiz inadkarlıq Ermənistanı və erməniləri bundan əvvəl də çıxılmaz vəziyyətə salıb: "30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu dövr ərzində Azərbaycanın sülh çağırışlarına məhəl qoymayıb. Nəticədə də 44 günlük Vətən müharibəsində dəmir yumruq onları darmadağın edib. Vətən müharibəsində Müzəffər Ordumuz düşmənin belini yerə vurub. Nəticədə Ermənistana kapitulyasiya sənədinə imza atmağaa məcbur etdik. Bundan sonra 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9 maddəsini icra etməli olan Ermənistan yenə də xarici havadarlarına arxayın olaraq bir daha yersiz inadkarlıq etmək istəyir. Ancaq onlar bununla özlərini hər keçən gün daha da çıxılmaz duruma salırlar. Məlum olduğu kimi Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etməsinə baxmayaraq, Azərbaycan müharibənin başa çatdığı 2,5 il ərzində döyüş meydanında qazandığı qələbədən sonra şərti sərhədlərini möhkəmləndirib. Hətta aprel ayında Laçın yolunun Ermənistanla birləşdiyi yerdə nəzarət keçid məntəqəsi də yaratmaqla, Ermənistanla sərhədlərimizə nəzarətimizi bərpa etməklə suverən ərazilərimizin bütövlüyünü təmin etmiş olduq. Yəni Azərbaycan qətiyyətli addımlar atmaqda davam edir və bundan sonra da edəcək".

Deputat söyləyib ki, Ermənistanın və Qarabağdakı separatçı ermənilərin zaman daralıb: "Prezident İlham Əliyev Laçın rayonda laçınlılarla görüşü zamanı Ermənistana və Qarabağda yaşayan ermənilərə gələcəklərini necə təmin etməli olduqları ilə bağlı çox ciddi xəbərdarlıq da edib. Bildirilib ki, əgər Qarabağdakı separatçılar öz saxta orqanlarından, silahlılarından imtina edib vətəndaşlığımızı almaq üçün xahiş etməsələr bu məsələni də əməliyyatlar keçirməklə yoluna qoyacağıq. Bizi öz məqsədimizdən heç kim çəkindirə bilməz. Yəni, bu bir həqiqətdir ki, zaman Azərbaycanın xeyrinə işləyir və yavaş-yavaş məqsədlərimizə çatırıq. Döyüş meydanında əldə etdiyimiz qələbəni diplomatik meydanda da təmin edirik. Qeyd olunduğu kimi, Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq üçün müxtəlif beynəlxalq platformalarda görüşlər keçirilsə də, Azərbaycanı heç kim öz mövqeyindən çəkindirə bilməyib. Ona görə çəkindirə bilmirlər ki, Azərbaycanın mövqeyi ədalətə söykənib və beynəlxalq normalara əsaslanıb. Keçirilən hər bir görüşdə mövqeyimizi Ermənistana qəbul etdirməkdə müəyyən irəliləyişlərə imza ata bilirik. Məsələn, Praqada keçirilən görüşdə Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdığını rəsmən bəyan edib. Moskva görüşü ərəfəsində Paşinyan Qarabağ Azərbaycanın suverən ərazisi olduğunu və anklavlarıla bağlı müzakirələrin aparılmalı olduğunu bildirib. Moldovada keçirilən görüşdə 21 iyulda Brüsseldə yenidən görüş keçirilməsi və bu görüşə gətiriləcək məsələlər müzakirə olunub. Bu danışıqlar sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, itkin düşənlərlərlə bağlı məsələlər və başqa mövzular ətrafında olub".

O vurğulayıb ki, bütün bunlar Ermənistanın yersiz inadkarlığına rəğmən Azərbaycanın haqlı mövqeyində hər dəfə bir qədər də irəlilədiyini təsdiqləyir: "Düzdür, müxtəlif təşəbbüslərlə keçirilən görüşlər hələ ki, konkret sənədin imzlanmasına gətirib çıxarmayıb. Amma bununla belə sülh sənədinin imzalanmasını bir qədər də yaxınlaşdırıb. Bu isə təbii ki, Azərbaycanın müharibə meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğur qazandığını təsdiqləyir. Həmin uğurların müəllifi Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin beynəlxalq siyasəti çox yaxşı bilməsi, qətiyyətli mövqeyi, siyasi iradəsi və dediyi hər bir sözün arxasında möhkəm dayanmağı növbəti uğurlara yol açır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 905   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

03.11.2026 257
.

Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır

Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ

03.11.2026 315
.

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikas

03.11.2026 276
.

Bakıda ŞOK: qadın tiktokun canlısında öldü

Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib. -ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu ərazisində baş verib. 53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb. Məlumata görə, S.T. hadisə zamanı "Tiktok" sosial şəbəkəsində canlı yayımda xəmir yoğurub. Bu zaman o, qəfil ürəktutmadan vəfa

03.11.2026 343
.

Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil

03.11.2026 354
.

Məşhur aktyorla bağlı 63 milyon dollarlıq borc QALMAQALI

"The Princess Diaries" filmi ilə tanınan amerikalı aktyor Erik fon Dettenin əvvəllər çalışdığı qiymətli metalların satışı ilə məşğul olan "Rosland Capital" şirkətinin 63 milyon dollardan çox borcu olduğu məlum olub. xarici mediaya istinadən xəbər verir ki, iyul ayında müflis olduğun

03.11.2026 226
.

YALANIN ALQIŞLANDIĞI, DÜRÜSTLÜYÜN UTANDIRILDIĞI BİR DÖVRDƏ YAŞAYIRIQ

Son zamanlar ətrafıma bir qədər diqqətlə nəzər salıram. Sanki insanlığın tərəzisi pozulub, dəyərlərin yeri dəyişib, doğru ilə yanlış arasındakı sərhəd itib. Saxta təbəssümlərin, üzlərə taxılan maskaların, səmimiyyətdən uzaq münasibətlərin hökm sürdüyü bir dövrdən keçirik. İnsanlar bir-birinə gülümsəyir

03.11.2026 282
.

"Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi

Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay

03.11.2026 281
.

YALNIZ İRAN DEYİL, DÜNYA QORXU İÇİNDƏ

Benyamin Netanyahu hakimiyyətini qoruyub saxlamaq üçün müharibəni davam etmək istəyir və İrana nüvə zərbəsi endirilməsi məqsədilə Donald Trampa təzyiq göstərir. Bunu Türkiyə mediasına istinadən bildirib. ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi iddiası dünya gündəmini silkələyib. ABŞ-də aralıq seçkilə

03.11.2026 327
.