"Təklif edirəm ki, utilizasiya rüsumunun yaşı 5 olsun"- AÇIQLAMA

"Təklif edirəm ki, utilizasiya rüsumunun yaşı 5 olsun"- AÇIQLAMAAzərbaycanda həyata keçiriləcək nəqliyyat vasitələrinin utilizasiyası proqramı ölkədə avtomobillərin qiymətini artıracaq.

Bunu deputat Asim Mollazadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Tullantılar haqqında" Qanuna, "Yol hərəkəti haqqında" Qanuna, Gömrük Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihələrin müzakirəsi zamanı deyib.

Biz də BiG.AZ olaraq Asim Mollazadənin fikirlərinə əsasən utilazasiya proqramı ilə avtomobillərin qiymətində artımın olması məsələsini nəqliyyat eksperti Eldəniz Cəfərovla müzakirə etdik:

"Təklif edirəm ki, utilizasiya rüsumunun yaşı 5 olsun"- AÇIQLAMA"Millət vəkilinin sözlərində həqiqət var. Avtomobilin üzərinə nə qədər rüsum gəlirsə bir o qədər də əmtəənin qiyməti yüksəlir. Təbii olaraq, avtomobili satmaq məqsədi ilə gətirən vətəndaş gömrükdə daha çox rüsum xərcləyəcəksə, şübhəsiz ki, satdığı avtomobilin qiymətini də yüksəldəcək"

Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur. Belə ki, 1-3 yaşı olan avtomobillər istisna olmaqla, 4-7 il avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Sizcə, avtomobillərin qeyd edilən yaş aralığı haqqında nə deyə bilərsiniz?

"Mən təklif edərdim ki, köhnə avtomobillər ölkəmizə idxal olunduğu zaman utilizasiyanın tutulması məsələsində istehsal tarixi yaşı 5 ildən çox olan avtomobillərə aid edilsin. Yəni, yaşı 5 ildən az olan avtomobillər üçün utilizasiya rüsumu tutulmasın".

Ekspert, təklif etdiyi rəqəmin niyə 5 ildən başlayaraq olmasını belə şərh etdi:

"Bu gün müasir dünyada istehsalçıların avtomobillərə verdiyi zəmanət müddəti 5 ildən çoxdur. Elə istehsalçılar var ki, daha çox zəmanət verirlər. 5 il müddətinə qədər bu avtomobil yeni avtomobil hesab olunur. Ona görə də yaşı 4 olan avtomobillər üçün nəzərdə tutulan utilazasiya rüsumunu, 5 ilə dəyişmələrini təklif edərdik".

Aynur HÖKMÜRƏVAN


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1289   Tarix: 02 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

03.11.2026 559
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

03.11.2026 273
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

03.11.2026 295
.

İlham Əliyev İliyana Yotovanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim

03.11.2026 359
.

Ailə dəyərləri, uşaqların təhlükəsizliyi və LGBT mövzusu: Cəmiyyəti düşündürən suallar

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda fərqli yanaşmaların ortaya çıxdığı mövzulardandır. Bu barədə danışarkən insanları təhqir etmək və ya qarşı tərəfi damğalamaq əvəzinə, məsələnin mahiyyətini araşdırmaq, hüquqi çərçivən

03.11.2026 284
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

03.11.2026 311
.

Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük

Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn

03.11.2026 441
.

YALNIZ İRAN DEYİL, DÜNYA QORXU İÇİNDƏ

Benyamin Netanyahu hakimiyyətini qoruyub saxlamaq üçün müharibəni davam etmək istəyir və İrana nüvə zərbəsi endirilməsi məqsədilə Donald Trampa təzyiq göstərir. Bunu Türkiyə mediasına istinadən bildirib. ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi iddiası dünya gündəmini silkələyib. ABŞ-də aralıq seçkilə

03.11.2026 396
.

Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır

Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ

03.11.2026 386
.