Pulunuza qənaət etməyin 4 RƏQƏMSAL YOLU
Rəqəmsal eranın başlanğıcı ilə bizə tanış olan bir çox sahələr sürətlə bu istiqamətə yönəldi. Kompüterlər və smartfonlar, saytlar və tətbiqlər məlumat aldığımız, yardım istədiyimiz və faydalandığımız əsas alətlərə çevrildi. Bu gün, demək olar ki, hər bir işimizi onlara etibar edə bilirik.
Pula qənaət də istisna olmadı. Odur ki, bu işdə sizə faydalı olacaq rəqəmsal həlləri diqqətinizə çatdırırıq.
1. Büdcə və xərclərin izlənməsi
Mint, YNAB, Monefy və digər bənzər tətbiqlər sizə büdcənizi nəzarətdə saxlamağa və müəyyən bir dövr ərzində pulunuzu nəyə və necə xərclədiyinizi əyani şəkildə görməyə kömək edəcək. Tətbiqlərdə büdcələr yaradın, xərcləriniz barədə bildirişlər alın və sərf etdiyiniz hər qəpikdən xəbərdar olun. Bu sizi xərcləmə vərdişlərinizi dəyişməyə və doğru qərarlar verməyə sövq edəcək.
2. Keşbek və bonusların toplanması
Maksimum qənaət üçün keşbek və bonusların verildiyi tətbiqlərdən yararlanın. Birbank, Ubank və Umico kimi tətbiqlərdə xərclədikcə xüsusi bonuslar qazanın. PashaPay-in m10 tətbiqi daxilində bütün ödənişlərdə və müxtəlif aptek, həmçinin marketlərdə QR ödənişləri etməklə 2% keşbek əldə edin. Rəsmi səhifələri izləməklə sizi maraqlandıracaq təkliflərdən daim xəbərdar ola bilərsiniz.
3. Qiymətlərin müqayisəsi
Məhsul almaq və ya hər hansısa xidmətdən yararlanmaq istəyirsinizsə, tələsmədən araşdırma aparın, fərqli qiymət təkliflərini müqayisə edin. Bunun üçün Qiymeti.net, Tap.az və Turbo.az kimi sayt/tətbiqlərdən yararlana bilərsiniz. Bu tip servislər verilən təklifləri real orta bazar qiyməti ilə müqayisə etməyə və pulunuza qənaət etməyə imkan verir.
4. Abunəliklərin idarə olunması.
Abunəli servis və xidmətlərin artması fonunda onları səmərəli idarə etmək sizə xeyli fayda gətirəcək. Tilla, SubX və Subsify kimi tətbiqlər abunəlikləri təhlil edir, istifadə olunmamış və ya unudulmuş servisləri müəyyənləşdirir, ləğv etməyə və ya daha yaxşı tarifləri tapmağa kömək edir və nəticədə lazımsız xərcləri azaldır.
Qeyd edilən yollarla maliyyə durumunuza nəzarəti ələ ala və hədəflərinizə asanlıqla çata biləcəksiniz. Amma unutmayın ki, tətbiqlər – sadəcə alətlərdir. Hər şey sizin əlinizdədir!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1257 Tarix: 02 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
03.11.2026 559 Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə
03.11.2026 273 ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
03.11.2026 295 İlham Əliyev İliyana Yotovanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim
03.11.2026 359 Ailə dəyərləri, uşaqların təhlükəsizliyi və LGBT mövzusu: Cəmiyyəti düşündürən suallar
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda fərqli yanaşmaların ortaya çıxdığı mövzulardandır. Bu barədə danışarkən insanları təhqir etmək və ya qarşı tərəfi damğalamaq əvəzinə, məsələnin mahiyyətini araşdırmaq, hüquqi çərçivən
03.11.2026 284 Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
03.11.2026 311 Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük
Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn
03.11.2026 441 YALNIZ İRAN DEYİL, DÜNYA QORXU İÇİNDƏ
Benyamin Netanyahu hakimiyyətini qoruyub saxlamaq üçün müharibəni davam etmək istəyir və İrana nüvə zərbəsi endirilməsi məqsədilə Donald Trampa təzyiq göstərir. Bunu Türkiyə mediasına istinadən bildirib. ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi iddiası dünya gündəmini silkələyib. ABŞ-də aralıq seçkilə
03.11.2026 396 Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır
Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ
03.11.2026 386