İşdən çıxarılan müstəntiq xanımının həbs olunmasını istəyir

İşdən çıxarılan müstəntiq xanımının həbs olunmasını istəyirBir müddət öncə mediada Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilmiş, araşdırmalardan sonra o, prokurorluq orqanlarından xaric olunmuşdu.

"Qafqazinfo"nun məlumatına görə, C.Hüseynov həmin məsələ ilə bağlı həyat yoldaşı Nərgiz Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

O, şikayət ərizəsində qeyd edib ki, həyat yoldaşı mediaya verdiyi müsahibədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıb, onun şərəf və ləyaqətini ləkələyib. Sabiq müstəntiq iddia edib ki, N.Hüseynova yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlar yaymaqla onun işgüzar nüfuzunu da zədələyib.

C.Hüseynov arvadını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edərək 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib. Müraciətə hakim Elnurə Rəcəbovanın sədrliyində baxılacaq.

Xatırladaq ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı mediaya müraciət edərək ərinin xidməti silahı onun başına dirədiyini və "sənə xəyanət etmişəm" sözlərini dedirtdiyini bildirmişdi. Qadın iddia etmişdi ki, C.Hüseynov onu zorla çöllük yerə aparıb, dəmir parçası ilə vurub. O, daha sonra evdən qaça bildiyini əlavə etmişdi.

Onu da bildirək ki, ailənin iki övladı var. Hazırda Qaradağ Rayon Məhkəməsində onların boşanma prosesi gedir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2098   Tarix: 22 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Hörmüz boğazı ilə bağlı yeni planını açıqladı

ABŞ Hörmüz boğazında yerləşən İran limanlarına tətbiq olunan blokadanın mərhələli şəkildə aradan qaldırılacağını açıqlayıb. xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Məlumata görə, boğazın açılması prosesi bir neçə mərhələdə həyata keçiriləcək. İlk mərhələdə AB

10:58 99
.

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən "Natra" və "Zirkon" quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində be

10:44 117
.

Prezident millimizi qələbə münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan minifutbol millisini Avropa çempionu olması münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:. "2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbo

10:21 125
.

Polşada helikopter qəzaya uğradı, pilot öldü

Polşanın cənubunda "Robinson R44 Raven" helikopteri qəzaya uğrayıb. xəbər verir ki, hadisə nəticəsində 30 yaşlı pilot həyatını itirib. "Axtarış qrupu helikopterin qalıqlarını sıx meşəlik ərazidə tapıb. Təəssüf ki, 30 yaşlı pilot həlak olub", - deyə polisdən verilən məlumatda bildirilib

04.06.2026 238
.

"Yenidən gəlinlik geyinmək istəyirəm"

Müğənni İradə İbrahimova bacısı Nigar İbrahimova ilə birlikdə maraqlı video paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi videoda həyat yoldaşına səslənərək yenidən gəlinlik geyinmək istədiyini deyib. "Nigar da, mən də həyat yoldaşlarımıza səslənirik: biz yenidən gəlinlik geyinmək istəyirik. Bloge

04.06.2026 361
.

Velosiped sürməyin ürək üçün gözlənilməz faydaları açıqlandı

Kardioloqlar hesab edir ki, hər gün 15-20 dəqiqə velosiped sürmək ürəyi qorumağa və infarkt riskini azaltmağa kömək edir. xəbər verir ki, müntəzəm qısa məşqlər nadir hallarda edilən uzunmüddətli velosiped yürüşlərindən daha faydalıdır. Mütəxəssislər qeyd edir ki, qaçışla müqayisədə velosiped sürmək oynaqlar

04.06.2026 236
.

Tramp bu halda yenidən müharibəyə başlayacaq

ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə qeyri-rəsmi şəkildə bildirib ki, İranla qüvvədə olan atəşkəsi qorumaq niyyətindədir. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Yalnız İranın hücumları nəticəsində ABŞ hərbçiləri həlak olacağı təqdirdə genişmiqyaslı hərb

04.06.2026 244
.

Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağrılıb

Rusiyanın Londondakı səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, buna səbəb Rusiyanın Ukraynada mülki əhaliyə qarşı hücumları, eləcə də Rumıniya ərazisində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi olub. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Böyük Britaniy

04.06.2026 206
.

Dövlət qurumları məsuliyyəti bir-birinin üzərinə atır: qanun nə deyir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Dövlət qurumlarının mediada ictimailəşdirilən problemlərə münasibətdə məsuliyyətin bir-birinin üzərinə atılması cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu cür hallar xüsusilə vətəndaş şikayətləri, ictimai xidmətlər və idarəetmə problemləri ilə bağlı xəbərlərdə daha qabarıq görünür. Mövcu

04.06.2026 317
.

TOP MP3