Bu şəxslərə ŞAD XƏBƏR – 50 manat dəyərində...

Bu şəxslərə ŞAD XƏBƏR – 50 manat dəyərində..."Çıxarışı olmayan mənzillər sığorta predmeti ola bilməz. Yalnız həmin mənzillərə sığorta tətbiq olunacaq ki, o, qeydiyyata alınıb və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışı var".

Bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistemdən danışarkən deyib.

"Rayonlarda çox zaman təbii fəlakətlərin şahidi oluruq, paytaxtda vətəndaşlar şikayətlənir ki, qonşunun evindən su sızmasından mənzilin təmirinə ziyan dəyib və yaxud qaz partlayışı olur ki, qonşu mənzillərə də ziyan dəyir. Bunun üçün ən yaxşı mexanizm məhz sığortadır. İcbari sığorta vətəndaşlara dəymiş 25 min manata qədər ziyanı ödəməyə imkan verir. Sadəcə burada bir sıra boşluqlar var. Bu gün mənzillərin hətta təmir qiyməti çox artıb. Təmir qiyməti 450-500 manatdan başlayaraq 1000-1500 manata qədər davam edir. Bəzən 100 kvadratlıq mənzilə vətəndaş ən azı 45-50 min manat xərc çəkməli olur. Bəzən dəyən ziyan çəkilən xərcə bərabər olur. Bu zaman 50 manata olan icbari sığorta vətəndaşlara 25 min manata qədər dəymiş ziyanı ödəyir. Ondan sonrakını isə vətəndaş könüllü sığorta etdirməlidir", - ekspert bildirib.

Ramil Qasımzadənin sözlərinə görə, sığortanın əhəmiyyəti ondan ibarətdir ki, vətəndaşlar nəsə baş verdikdə dövlətdən kömək ummayaraq bu tələbi birbaşa sığorta şirkətlərindən edə bilərlər:

"Sığortanın faydası böyükdür. Vətəndaşlar bilməlidir ki, bunu etdirməklə ən azı arxayın yaşaya bilərlər ki, hər hansı bir ziyan dəydikdə kompensasiya olunacaq. Sadəcə sığorta şirkətlərinin üzərinə böyük yük düşür - onlar özlərinə qarşı inam formalaşdırmalıdırlar.

Məsələn, bəzən avtomobillərlə bağlı elə sığorta hadisələri görürük ki, vətəndaş əmlakını sığortalatsa belə, ona dəyən ziyan ödənilmir".

Ekspert qeyd edib ki, 50 manatlıq icbari sığorta vətəndaşların imkanı daxilindədir:

"Hər evə görə qiymətləndirmə məbləği ayrı olsa, daha yaxşı olar. Yəni vətəndaş arxayın olsun ki, onun əmlakının tam dəyəri sığortalanıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1780   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏK

Velosiped, skuter, moped və ya motosiklet idarə edənlər çox vaxt piyada zolağını bu nəqliyyat vasitələrini sürərək keçirlər. Bu isə piyadalara maneə yaradır və bədbəxt hadisə ilə nəticələnə bilər. "Piyada keçidindən velosiped və ya elektrik skuteri sürərək keçmək qaydalara uyğun deyil. Nəqliyya

11:41 298
.

Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə

Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd

18:30 217
.

Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım

Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin

20:00 161
.

"Tələbə təqaüdünün məbləği artırılacaq"

Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə

16:23 255
.

Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam

Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyü

16:21 231
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

17:50 212
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

12:07 269
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

11:31 406
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

22:30 1
.