Berlində güney azərbaycanlılar etiraz aksiyası keçirib - YENİLƏNİB + VİDEO
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar keçirilən etiraz aksiyası başa çatıb.
Bu barədə "Report"un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşı xəbər verir.
"Unter Der Linden" meydanında keçirilən aksiya daha sonra yürüşlə davam edib.
Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak ediblər. Onlar "Azadlıq, Ədalət, Milli Hökumət" şüarını səsləndiriblər.
***
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb.
Bu barədə "Report"un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşı xəbər verir.
"Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.
Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.
Onlar "Azadlıq, Ədalət, Milli Hökumət" şüarını səsləndirirlər.
Bir qədər sonra aksiyada çıxışlar olacaq.
***
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı keçirilən aksiyanın iştirakçıları meydana toplaşmağa başlayıblar.
Bu barədə "Report"un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşı xəbər verir.
Etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqları Berlinin "Unter Der Linden" meydanına gəlirlər.
Aksiyanın şüarı "Azadlıq, Ədalət, Milli Hökumət"dir.
Etiraz mitinqi bir qədər sonra başlayacaq.
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti "İran" rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.
Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.










BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 633 Tarix: 20 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİ
Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur. Bəs bu qəra
02.08.2026 383 Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb
Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. "Report"un yerli bürosu məlumat verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasını
02.08.2026 162 Britaniyada xəstəxanalarda qan analizləri dayandırıldı
Böyük Britaniyada davam edən istilər səbəbindən bəzi xəstəxanalar qan analizlərinin götürülməsini müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb. Məlumata görə, yüksək temperatur qan nümunələrinin saxlanmasına və analizlərin düzgün nəticə verməsin
02.08.2026 168 ABŞ Dövlət Departamenti İspaniyanı insan hüquqlarını pozmaqda ittiham etdi
ABŞ Dövlət Departamenti İspaniyanın muxtar Seuta şəhərində baş verən kütləvi miqrant axınını "suverenliyin və insan hüquqlarının pozulması" adlandırıb. xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. "Bu qəbuledilməz insident İspaniya hökumətini
02.08.2026 159 Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
Sosial şəbəkələrdə "İlanlı qız" kimi tanınan bloqer-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb. BİG.AZ " "a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər v
02.08.2026 300 Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçə biləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin sonunadək Qrenlandiyanın Vaşinqtonun nəzarəti altına keçə biləcəyini istisna etməyib. xəbər verir, ki Tramp bunu "Real America's Voice" telekanalına müsahibəsində deyib. ABŞ lideri Qrenlandiyanın ABŞ üçün hələ də "xüsusi əhəmiyyət"
02.08.2026 165 İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri zərərsizləşdirildi
İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS hərəkatının hərbi qanadına məxsus iki bölmə komandirinin zərərsizləşdirildiyini açıqlayıb. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. SAXAL-ın yaydığı bəyanata görə, Qəzza zolağının cənubuna endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın "Nuhba"
02.08.2026 107 Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib. "Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal"
02.08.2026 140 Kaliforniya günəş enerjisi istehsalında dünya rekordu müəyyənləşdirdi
May ayında ABŞ-nin Kaliforniya ştatında elektrik enerjisi istehsalında günəş enerjisinin payı 50%-i ötüb. Bu göstərici iri enerji sistemi üçün dünya praktikasında ilk belə hal ola bilər. xəbər verir ki, bu barədə "Los Angeles Times" Britaniyanın "Ember" analitik mərkəzinə istinadə
02.08.2026 157