Tanınmış güləşçinin şok cinayəti: Gəzdiyi qadının evinə girdi, ərini... - Faktlar
Tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BiG.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxs ifadə verib.
İttihama görə, Elman Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Gülşənin həyat yoldaşı Mübarizin (zərərçəkmiş və onun qohumlarının adları şərti verilib - red.) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Bundan başqa, o, həmin il sentyabrın 6-da Mübarizin oğlu Səmədi yaşadığı binanın qarşısında izləyib. Səməd yaşadığı evə daxil olan zaman Elman da mənzilə soxulub.
Bu zaman Mübariz də evdə olub. Evə basqın edən idmançı Mübarizə yumruq zərbələri endirib və bıçaqla hədələyib.
Daha sonra Elman evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.
Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. Elman polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmədə ifadə verən Elmanın sözlərinə görə, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib. O deyib ki, zərərçəkmişə sadəcə bir şillə vurub.
Elman Muxtarov istintaq zamanı verdiyi ifadəsində də özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir Gülşənlə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb. O deyib ki, Mübariz ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub.
Təqsirləndirilən şəxslərin ifadəsinə görə, bir müddət sonra Gülşənlə parkda görüşüb, qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.
Daha sonra iş üzrə şahid qismində ifadə verən zərərçəkmiş şəxsin həyat yoldaşı Gülşənin sözlərinə görə, əri ilə yaşamağına səbəb uşaqlarını əlindən alması qorxusu olub: "Bu səbəbdən evdən çıxmadım. Artıq ərimlə heç bir münasibətim yoxdur. Zərərçəkmiş şəxs yalan deyir, Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi şəkildə izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram".
Elman Muxtarova qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elman Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb.
Daha sonra karyerasını başa vurub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1486 Tarix: 14 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997