"Ailəmə çox əziyyət verdim" - Arnold Şvartseneqqer
Hollivud ulduzu Arnold Şvartseneqqer haqqında sənədli serialın treyleri yayımlanıb.
Axşam.az xəbər verir ki, ekran işində aktyor keçmiş həyat yoldaşı Mariya Şrayverdən 2011-ci ildə qalmaqallı boşanmasından danışıb. Bu məqamda xatırladaq ki, cütlüyün 25 illik evliliyi aktyorun evdəki işçisi Mildred Baenadan Cozef Baena adlı oğlunun olduğu ortaya çıxandan sonra dağılıb. Hazırda oğlanın 25 yaşı var və aktyorun onunla əlaqəsi var.
Şvartseneqqerin sözlərinə görə, bu hadisə onun reputasiyasına və yaxınları ilə münasibətlərinə pis təsir edib:
"İnsanlar mənim nailiyyətlərimi xatırlayacaqlar, lakin uğursuzluqlarımı da. Bu, evliliyimə, övladlarımla münasibətimə çox ağır zərbə oldu. Ailəmə çox əziyyət verdim. Ömrümün sonuna qədər bununla yaşamalı olacağam".
Aktyor Hollivudu fəth etmək arzusunu belə xatırlayır:
"Özümü bu səhnədə gördüm. Minlərlə insan qışqırır: "Arnold, Arnold, Arnold!". Nəyisə çox aydın təsəvvür edəndə, 100% nail ola biləcəyinə inanırsan. Mən çox şey öyrənməli, maneələri dəf etməli idim".
Ekran işində aktyorun şöhrət yolu ilə yanaşı, siyasi karyerası da lentə alınıb. Şvartseneqqer siyasətə atılmaq qərarını necə aldığı ilə bağlı bu fikirləri söyləyib:
"Yaralansan bütün idmanla bağlı qapılar üzünə bağlanacaq. Heç kimin səndən ala bilməyəcəyi tək şey sənin ağlındır. Özüm üçün başqa sahə axtarırdım və siyasətə gəldim.
Hər kəsin qeyri-mümkün hesab etdiyi şeyi etmək istəyirəm. Heç vaxt təslim olmağı düşünmürdüm, zirvələri fəth etməyi hədəfləyirdim. Həmişə bu aclığı hiss edirsən və heç vaxt doymursan. Bunun üçün nə lazımdırsa, et, çox çalış".
Qeyd edək ki, Şvartseneqqer və Mariya ilk tanışlıqlarından təxminən doqquz il sonra, 1986-cı ildə evləniblər. İkili 2011-ci ildə ayrılsalar da, boşanma yalnız 2021-ci ildə baş tutub.
Aktyorun nikahdankənar olan oğlu Kristofer onun Mariyadan doğulan övladından bir neçə gün sonra dünyaya gəlib. Onlar birgə qəyyumluq haqqında razılığa gəliblər. Aktyorun ümumilikdə 5 övladı var.
Boşanma zamanı Şvartseneqqerlə Mariyanın ümumi əmlakının dəyəri təxminən 400 milyon dollar idi və sərvət onlar arasında bölünüb.
Onu da qeyd edək ki, "Terminator" ulduzunun həyatından bəhs edən "Arnold" adlı serial üç bölümdən ibarətdir və iyunun 7-də "Netflix"də yayımlanacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1049 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 178 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 250 İlham Əliyevdən həmkarına - Təbrik
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə
05.11.2026 258 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 232 Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik
Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini
05.11.2026 202 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 191 Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
05.11.2026 255 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256 Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki
05.11.2026 160