"Şərur" MTK mənzillərin sahəsi ilə bağlı sakinləri aldadıb - ŞİKAYƏT + FOTO
"2010-cu ildə "Şərur" MTK-dan ev almışıq. Bütün sənədləşmədə, məlumatlarda mənzil 146 kvadratmetr göstərilir. Lakin aldığımız mənzilin həqiqi sahəsi 126 kvadratmetrdir. Həmin binada bir çox sakin bu üsulla aldadılıb və şikayətçidir".
Bu barədə şikayətlə Oxu.Az-a bina sakini Kənan Musayev müraciət edib. O qeyd edib ki, Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsi, 127E ünvanında yerləşən "Şərur" MTK-ya məxsus binanın sakinləri bu binada mənzil alarkən kütləvi sürətdə aldadılıblar. Belə ki, "Şərur" MTK ilə maliyyə müqavilələrində bir mənzil sahəsi qeyd edilir, vətəndaş o müqaviləyə uyğun pul ödəyir və hətta sonradan kommunal ödəmələr adı ilə keçən xidmət ödənişləri də bu maliyyə müqaviləsində qeyd edilən sahə üzrə alınır. Lakin mənzillərə çıxarış alınarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDRX) adlı qurum ölçmə aparıb və mənzil sahələrinin qat-qat az olduğu üzə çıxıb və son olaraq çıxarış (kupça) bu göstəricilərə uyğun verilib. Sakinlərə külli miqdarda ziyan vurulub. "Şərur" MTK isə dövlətin səhv hesablama apardığını iddia edir və kompensasiya verməkdən boyun qaçırır".
Kənan Musayev onu da bildirib ki, "Şərur" MTK rəhbərliyi 12 il ərzində üzərində heç bir vergi-fiskal nişanları olmayan qəbzlər ilə sakinlərdən xidmət haqqı adı ilə pul toplayır:
"Yalnız çoxsaylı şikayətdən sonra bu aydan etibarən qəbz forması dəyişdirilib.
Bundan əlavə, 2019-cu ildə binada konstruktiv dəyişikliklər edilərək, aparıcı sütunlar yonulub və bəziləri tamamən ləğv edilib. Çünki MTK rəhbərliyi əvvəl binanın birinci mərtəbəsini obyekt kimi icarəyə verməyi düşünüb. Tələbat olmadığına görə, sonradan həmin hissəsi mənzillərə çevirərək, satmağa qərar veriblər. Nəticədə, birinci mərtəbədəki, binanın əsas sütunlarını yonublar. Bu da öz növbəsində binanın seysmik davamiyyətinə çox zərərlidir.
"Şərur" MTK-nın qanunsuzluqları bununla da bitmir. Binanın ən üst hissəsini, liftin texniki otağı adlanan yeri mənzilə çevirərək, MTK rəhbərliyinin qohumlarını ora yerləşdiriblər.
Bütün aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları binadakı qanunsuzluqları, təhlükələri təsdiqləyirlər. Amma qurumlar heç bir addım ata bilməyəcəklərini bildirirlər".
Müvafiq qurumların sakinlərin müraciətlərinə cavabı aşağıdakı sənədlərdə göstərilir:



Problemlə bağlı "Şərur" MTK ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1646 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
04.11.2026 227 Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
04.11.2026 168 Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın
04.11.2026 336 Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak
04.11.2026 214 Xamenei ABŞ-ı təhdid etdi: "Cavabımız daha geniş ölçüdə olacaq"
ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq. xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei "Dünya imperializmi ilə milli mübarizə günü" ilə bağlı bəyanatında xəbərdarlıq edib. Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliy
04.11.2026 220 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyi
04.11.2026 260 Prezidentə təbriklər gəlir - Yenilənir
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda
04.11.2026 230 Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır". APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib. Onun sözlərinə görə
04.11.2026 212 Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi
04.11.2026 128