Vətən müharibəsinin tək qadın şəhidi haqqında maraqlı faktlar: Nənəsinin taleyini yaşadı, könüllü döyüş bölgəsinə yollandı

Vətən müharibəsinin tək qadın şəhidi haqqında maraqlı faktlar: Nənəsinin taleyini yaşadı, könüllü döyüş bölgəsinə yollandıBiG.AZ Kulis.az-a istinadən Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışova haqqında maraqlı faktları təqdim edir.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.

Onun atası - baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Çernobıl faciəsinin qarşısının alınmasında iştirak edərkən xəsarət alıb. Ata aldığı xəsarətdən 1993-cü ilin aprelin 7-də 33 yaşında dünyasını dəyişib. Həmin vaxt Arəstənin 4 yaşı olub.

Ailədə 2 qardaş 1 bacı olublar.

***

1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbində oxuyan Arəstə qısa zamanda müəllimlərin sevimlisinə çevirilib.

O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist vəzifəsində işləyib. İşinə, dostlarına olan münasibətdə hər zaman seçilib.

***

Arəstə Baxışova 2019-cu il iyulun 12-dən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində işləməyə başlayıb.

Vətən müharibəsi başlayanda isə könüllü olaraq döyüş bölgəsinə yollanıb.

Hələ körpə yaşlarından atasının pencəyini, köynəyini geyinib onun kimi hərbçi olacağını deməsi hamıdan çox Arəstənin anası Məktubə xanımı narahat edib. Ana övladının bu sahədə üzləşə biləcəyi çətinlikləri əvvəlcədən təxmin edərək onu çəkindirməyə çalışsa da, heç bir faydası olmayıb. Qızının bu sahəyə olan sevgisi ananın qorxularını üstələyib.

Məktubə ana qızının hərbiyə yollanmasını bu cür xatırlayır: " Dedi - Ana, mən hərbiyə düzəlmək istəyirəm. Dedim iki balan var. Zülmlə böyütmüşəm sizi. Yox, ana, gedəcəyəm. Mənə bir şey olsa, uşaqlarım sənə əmanət. Şəhid olacağamsa, o, mənim alın yazım olacaq - dedi. Balam ölümdən qorxan qız deyildi. O gedəndə qızı Zəhra anasının qucağında özünü çırpırdı. Mərdan isə sakit qarşılayırdı".

***

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib.

Oktyabrın 23-də Qubadlı döyüşlərində yaralı əsgərimizi atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından qəhrəmancasına şəhid olub. Böyük izdihamla Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.

***

İki övladının təhsilinə böyük önəm verən Arəstə onların savadlı yetişməsini arzulayıb. Qəhrəmancasına şəhid olan Arəstənin köynəyinin cibindən uşaqlarının dərs cədvəlinin çıxması onun bu arzusunun nə qədər böyük olduğunu hamıya sübut edib.

Şəhidimizin oğlu Mərdan televiziya verilişlərindən birində anası ilə bağlı xatirələrindən danışarkən bildirib: "Ən böyük arzum məhkəmə sədri olmaqdır. Anam bizi ticarət mərkəzinə aparmışdı, bizimlə şərt kəsmişdi ki, bizim bütün qiymətlərimiz yaxşı olsa, hər ay gətirəcək. Adi 3 alsam belə, anama deməyə çəkinərdim, çox ciddi idi. Başqa yolum yox idi, ancaq oxumaq, oxumaq. Müharibə vaxtı anamla danışanda mənə tapşırdı ki, nənənə, bacına yaxşı bax, dərslərinizi də yaxşı oxuyun".

***

Nənəsinin adını daşıyan Arəstə elə onun taleyini də yaşayıb. O da nənəsi yaşda olanda 31 yaşında bu dünyadan köçüb. Onun şəhidlik zirvəsinə yüksəlməsi ilə ailə üçün bu tarix bir daha təkrarlanıb.

***

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Arəstə Baxışova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis edilən "Florens Naytingeyl medalı" ilə təltif edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1451   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fənərbaxça" "Liverpul"a qarşı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"

04.11.2026 285
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 309
.

Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım

Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin

04.11.2026 372
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

04.11.2026 328
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

04.11.2026 309
.

Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti

04.11.2026 266
.

Bakıda dələduzluq edən 66 yaşlı jurnalist HƏBS OLUNDU

Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib. -ın xəbərinə görə, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi "xidmət" qarşılığınd

04.11.2026 333
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

04.11.2026 319
.

Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon

Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə

04.11.2026 470
.