"7 yaşlı uşağın anasının müsahibəsinə baxanda..." - Kamildən səs-küylü AÇIQLAMA

"7 yaşlı uşağın anasının müsahibəsinə baxanda..." - Kamildən səs-küylü AÇIQLAMASumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun hərəkətləri ölkə gündəmini silkələyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi M.Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış idmançı Kamil Zeynallı son günlər mətbuatda məşqçinin uşaqlarla qəddar davranmasını əks etdirən videogörüntülərə ürək ağrısı ilə baxdığını bildirib:

"Bu hadisəyə görə mən də Azərbaycan vətəndaşı olaraq təəssüf hissi keçirdim. Bu cür hadisələr dünyanın harasında olursa, olsun, fərqi yoxdur, faciəvi haldır. Belə halların öz ölkəmizdə baş verməsi isə ümumiyyətlə, pis təsir edir. 7 yaşlı uşağın anasının müsahibəsinə baxanda çox kədərləndim, Allah ona səbr versin.

Həmin məşqçi kimi aqressiv insanlar cəmiyyətdə çoxdur. Bu cür insanları öz yaxınları tanıyırlar, sadəcə olaraq, çox vaxt ya utanırlar, ya da qorxurlar deyə bu haqda heç nə demirlər. Onlar bu cür insanları aşkara çıxarmağa qorxurlar ki, sonra hər hansı hadisə çıxmasın.

Belə aqressiv insanlar tək idman zalında olmur. Öz ailəsinə, yaxınlarına qarşı da bu cür aqressiyası olan dırnaqarası kişilər var. Onlar istənilən sahədə olur.

Azyaşlı uşağın bu hala salınması insanlıqdan kənar haldır. Mən bunu insanlığa yaraşmayan hərəkət hesab edirəm. Mehman Xəlilov üçqat Avropa mükafatçısı olub, Azərbaycan adına nailiyyətləri olub, sağ olsun, amma bu hərəkəti ilə hamısını məhv etdi. Uğur qazanmaq asandır, lakin o uğuru qoruyub saxlamaq çətindir. Bu insan hər şeyi məhv edib özünü Azərbaycanın düşməni elan etdi".

Onun sözlərinə görə, cəmiyyətdə həmin məşqçi kimi aqressiv insanlar çoxdur və bu aqressiyanın yalnız idmançılara xas olduğunu iddia etmək yanlışdır:

"Bəzən cəmiyyətdə elə fikir yaranır ki, idmançılar aqressiv olurlar. Xeyr, bu, yanlışdır. Tək idmançılar aqressiv olmur. Elə əsəbi insanlar var ki, idmançılar onun yanında toya getməlidir. Hər kəs əsəbləşə bilər. Sıradan insanların aqressiyası daha çoxdur. Bu gün elə bərbad, kobud, pis insanlar var ki...

İdmançılar da hər kəs kimi əsəbləşir, amma bu o demək deyil ki, sən öz qol gücündən istifadə edib özündən zəifi hər gün döyəsən, sözünlə qarşındakını əzib, sındırasan. Hər dəfə qol gücünə güvənib bunu edirsənsə, insanlar da səndən qorxub cavab vermirsə, sən idmançı deyilsən, belə insanlar bədbəxtdir, insanlıqdan kənardır. İdmançı olmamışdan öncə adam olmaq lazımdır. Fərqi yoxdur, hansı sahədə çalışırsan, ilk növbədə adam olmağı öyrənməlisən".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1740   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.