Polşalı politoloq: "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamasa, öz ölkəsini parçalamış olacaq"
"Ermənistan sülh müqaviləsini imzalamasa, normal ölkə kimi mövcud ola bilməyəcək".
Bu sözləri Oxu.Az-a polşalı jurnalist və politoloq Yakub Koreyba deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan məsələsinin nizamlanmasına qoşulan ölkələr bəzən sadəcə öz mənafelərini güdürlər.
"Vasitəçilərlə bağlı problem odur ki, onların öz maraqları var və prosesə qoşulmaları heç də həmişə təmənnasız olmur. Bu, illərdir müşahidə olunan haldır. Onlar çox zaman münaqişənin həllinə töhfə vermək əvəzinə, bundan öz ölkələrinin bəzi problemlərinin həlli üçün istifadə edirdilər, vəziyyətin nizamlanması prosesinə mahiyyətcə deyil, instrumental yanaşırdılar. Amma bu yanaşmanın qeyri-effektiv olduğu məlum oldu. Ona görə də ən optimal variant ikitərəfli danışıqlar olardı", - deyə Yakub Koreyba qeyd edib.
"Azərbaycan öz maraqlarını dərk edir, lakin Ermənistan hələ nə istədiyini başa düşmür. İrəvan Rusiya, Fransa və s. kimi ölkələrin problemlərinin həlli vasitəsinə çevrilməməlidir. Ermənistan öz inkişafı haqqında düşünməlidir, ona görə də nəhayət bu məsələnin həllinə nail olmaq lazımdır", - deyə o qeyd edib.
Koreyba həmçinin Paşinyanın sülh müqaviləsi imzalayacağı təqdirdə Ermənistan müxalifətinin onu "parçalayacağı" ilə bağlı məlumatlara da fikir bildirib.
"Ermənistan sülh müqaviləsini imzalamasa, normal ölkə kimi mövcud ola bilməyəcək. Onlar (radikallar - red.) artıq bir neçə nəslin həyatını məhv ediblər. Sülh bağlamasalar, gələcək nəsillərin həyatını məhv edəcək, ölkəni təcrid vəziyyətinə, yoxsulluğa, heç bir perspektivin olmadığı vaxtlara qaytaracaqlar.
Ermənistan müxalifəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imkan verməsə, o zaman Paşinyanı parçalamasalar da, Ermənistanı mütləq parçalamış olacaqlar. Və bu da ölkənin milli maraqlarına zidd olacaq", - deyə o vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 592 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
04.11.2026 285 "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
04.11.2026 309 Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım
Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin
04.11.2026 372 Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak
04.11.2026 328 Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
04.11.2026 309 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 266 Bakıda dələduzluq edən 66 yaşlı jurnalist HƏBS OLUNDU
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib. -ın xəbərinə görə, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi "xidmət" qarşılığınd
04.11.2026 333 Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi
04.11.2026 319 Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə
04.11.2026 470