Şuşa fatehi: "Düşmən üç dəfə şəhərə hücuma cəhd etsə də, qarşısını aldıq"
"Şuşanın işğaldan azad olunması üçün üç briqada cəlb olunmuşdu. Bizim hərbi əməliyyatlarımız nəticəsində düşmən geri çəkilməyə məcbur oldu. Onlar sonradan şəhərə üç dəfə hücuma cəhd etsələr də, bunun qarşısını aldıq".
Bu fikirləri İkinci Qarabağ müharibəsinin qazisi, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti Ərşad Təhməzov Türkiyənin "Haber7" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Şuşada zəfəri qeyd etmək sözlə ifadə olunmayacaq hissdir:
"İnanıram ki, biz burada əbədi qalacağıq. Bayrağımız hər zaman Şuşada dalğalanacaq. 30 ildən sonra Şuşada namaz qılmaq hər insana qismət olmur. Biz sevincdən ağlayırdıq, çünki Şuşada inanılmazı bacardıq".
Azərbaycanlı zabit qeyd edib ki, Şuşa ermənilərə məxsus olsaydı, şəhəri dağıtmazdılar:
"Onlar vandallıq törədiblər. Buradakı məscidlər də Şuşanın türk torpağı olduğunu göstərir. Burada 17 məscid olub. Amma onlardan 16-sı dağıdılıb".
Ə.Təhməzov vurğulayıb ki, Xüsusi Təyinatlı Qüvvələr Cıdır düzündəki sərt qayalıqlarla şəhərə üç istiqamətdən daxil olublar:
"Əlbəttə, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA) bizə çox kömək edib. Bu texnikalar itkilərimizin az olmasına və kəşfiyyat məlumatlarının əldə edilməsinə yardım göstərib. Bizə 44 günlük Vətən müharibəsi dövründə ən böyük dəstəyi məhz Türkiyə verib. Tanrı türkü qorusun. Biz ömür boyu azadlıq uğrunda mübarizə aparmış, heç bir imperialistə tabe olmamışıq. 2020-ci ildə baş vermiş 44 günlük müharibə həm də dünyaya türkün gücünü göstərib".
Qeyd edək ki, Vətən müharibəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edib. 44 günlük döyüşlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
04.11.2026 285 "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
04.11.2026 309 Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım
Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin
04.11.2026 372 Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak
04.11.2026 328 Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
04.11.2026 309 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 266 Bakıda dələduzluq edən 66 yaşlı jurnalist HƏBS OLUNDU
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib. -ın xəbərinə görə, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi "xidmət" qarşılığınd
04.11.2026 333 Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi
04.11.2026 319 Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə
04.11.2026 470