Dostu ilə sevgilisinin evinə getdi, gənc qızın "sürprizi" ilə qarşılaşdı - Gəncədə ŞOK OLAY - TƏFƏRRÜAT

Dostu ilə sevgilisinin evinə getdi, gənc qızın "sürprizi" ilə qarşılaşdı - Gəncədə ŞOK OLAY - TƏFƏRRÜATGəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi Vahidə (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ "teleqraf.com"a istinadən xəbər verir ki, hadisə ötən ilin mayında baş verib.

Səmayə anası Vüsalənin qeyri-rəsmi yaşadığı Vahidin sərxoş vəziyyətdə evin pəncərə şüşələrini sındırmasına, anası ilə mübahisə etməsinə görə əsəbləşib. O, mətbəx bıçağı ilə Vahidin kürək nahiyəsinə zərbələr vurub.

İstintaq orqanı Səmayənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səmayə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, gündəlik qazancını əyləncə tədbirlərində uşaq klonu kimi işləməklə əldə edib: "Vahidi təxminən 15 ildir tanıyıram. Anamla qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayır. Tez-tez spirtli içki içir, sərxoş halda anamla mübahisələr edirdi. Bununla bağlı anam və mən əvvəllər də polisə müraciət etmişik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 23 radələrində Vahid yenə sərxoş vəziyyətdə ortaq tanışı Rasimlə birlikdə onların evinə gəlib: "Özüylə 2 litrlik pivə də almışdı. Evimizdə bizimlə söhbət edə-edə pivə içdi. Bir qədər sonra Vahidlə anamın arasında mübahisə yaransa da, onları sakitləşdirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, telefonunun balansını artırmaq üçün evdən çıxaraq terminalın yanına gedib: "Telefonuna kontur vurduqdan sonra evimizə qayıtdım. Vahidin binanın həyətində səs-küy saldığını, Rasimin isə onu sakitləşdirməyə çalışdığını gördüm. Vahidə sakitləşməsini deyib evə keçdim. O isə arxamca məni və anamı nalayiq ifadələrlə təhqir etdi. Evə girəndə qonaq otağının pəncərəsinin sındırıldığını gördüm.

Daha sonra Vahid anama zəng edərək nalayiq ifadələrlə onu təhqir etdi. Telefonu alıb Vahiddən bizdən əl çəkməyi tələb elədim. Bu dəfə də məni, həmiçinin anamı nalayiq ifadələrlə təhqir etdi. Onun sakitləşmədiyini görüb evin mətbəxindən bıçağı götürdüm və binanın həyətinə çıxdım.

Həyətdə Vahid yenidən məni və anamı təhqir etdi. Ondan təhqirləri dayandırmasını tələb elədim. O, isə "yaxşı edirəm, get işinlə məşğul..." deyərək həyətdəki su ilə əlini yudu. Vahidin məni və anamı bezdirdiyinə, nalayiq ifadələrlə bizi təhqir etdiyinə görə onun bədəninə bir neçə dəfə bıçaqla zərbə endirdim. Zərbənin təsirindən Vahid yerə yıxıldı və bədənindən qan axmağa başladı".

Səmayə deyib ki, sonra əməlindən peşman olub və şoka düşərək oturub ağlamağa başlayıb: "Bir qədər sonra 103 xidməti həmin yerə gəldi. Həkimlərə kömək etdim və Vahidi ambulansa mindirərək xəstəxanaya apardıq. Özüm əməlindən peşman olaraq xəsarət yetirdiyim bıçaqla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getdim və təslim oldum".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vahidin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik qazancını avtomobil yuyaraq əldə edir: "Təxminən 15 ildir Vüsalə ilə qeyri-rəsmi ər-arvad kimi yaşayırıq. Vüsalənin qızı Səmayə də bizimlə birlikdə qalır. Səmayə ilə münasibətlərim qaydasında olub".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 17 radələrində dostu Rasimlə "Piramida" şadlıq sarayının yaxınlığında yerləşən kafedə araq, pivə içiblər, yemək yeyiblər: "Təxminən saat 21 radələrinədək yeyib-içdikdən sonra kafedən çıxdıq. Vüsalə ilə telefonla danışdım, evə nə lazım olduğunu soruşdum və biz marketə getdik. Marketdən 2 litrlik pivə, həmçinin ərzaq məhsualları aldım və Rasimlə Vüsaləgilə yollandıq.

Səmayə ilə anası Vüsalə evdə idi. Yenə orada pivə içdik, söhbət etdik. Mənimlə Vüsalə arasında mübahisə yaransa da, Səmayə ilə Rasim bizi sakitləşdirdilər".

Zərərçəkmiş deyib ki, Səmayə kontur almaq üçün evdən çıxıb: "Səmayə getdikdən sonra mən də Rasimlə birlikdə evdən çıxdıq. Texnologiya Universitetinin qarşısına çatdıqda, telefonda Vüsalə ilə danışdım. Yenə mübahisə elədik. Sərxoş olduğum üçün geri qayıtdım. Evə daxil olduqda Vüsalə ilə təzədən mübahisəmiz düşdü. Əsəbiləşərək yumruqla evin pəncərəsini sındırdım. Buna görə Vüsalə məni evdən çölə çıxardı, qapını örtdü.

Mən isə binanın həyətinə çıxdım, həmin vaxt əlim qanadı. Rasim də arxamca yanıma gəldi. Əlimin qan olduğunu gördü və nə baş verdiyini soruşdu. Olanları ona danışdım və əsəbi olduğum üçün ucadan nalayiq ifadələr səsləndirdim.

Bu vaxt Səmayə də gəldi və mənə sakitləşməyi deyib evə keçdi. Onun anasının tərəfini saxlaması məni daha da əsəbiləşdirdi. Vüsaləyə zəng edərək nalayiq ifadələrlə onu təhqir etdim. Səmayə dəstəyi götürərək, onlardan əl çəkməyimi istədi.

Mübahisəmiz davam elədi. Səmayə yanıma gələrək bir daha sakitləşməyimi istədi. Sağ qolumun yuxarı hissəsindən vuraraq "burdan get" dedi. Həyətdə su ilə əlimi yudum. Səmayə mənə yaxınlaşaraq bədənimə bir neçə dəfə bıçaqla zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım və bədənimdən qan axmağa başladı".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səmayənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2202   Tarix: 04 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

04.11.2026 367
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 84
.

1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir

2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi

04.11.2026 417
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 187
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

04.11.2026 386
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

04.11.2026 316
.

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind

04.11.2026 316
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

12:17 98
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 110
.