60 yaşı tamam olan müəllimlərə şad xəbər
"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Əmək Məcəlləsi" və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edildi.
Layihələr komitə tərəfindən dəstəkləndi və plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
Yəni dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, iclasda çıxışı zamanı sertifikatlaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərini təqdim edib.
"Əvvəla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, belə meyarların sayının artırılmasına ehtiyac var.
Sertifikatlaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.
İkincisi, sertifikatlaşdırmada diferensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu, müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə, o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər.
Elm və Təhsil Nazirliyi ilə təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrimizin aparıldığını və təkliflərimizə hər zaman diqqətlə yanaşdıqlarını nəzərə alaraq əminik ki, sertifikatlaşdırmanın təkmilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq", - deyə deputat qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1924 Tarix: 03 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolad Həşimovun anasının vəziyyəti açıqlandı
Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi
11:22 165 Polisin barmağını dişləyən şəxs saxlanıldı
İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu
11:47 124 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 159 Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi
04.11.2026 340 Agentlik kiberhücumla bağlı yenidən xəbərdarlıq etdi
Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən -a bildirilib ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeyd
04.11.2026 335 Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb
Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind
04.11.2026 316 8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz
8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın
10:45 160 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
12:14 84 Bakıda dələduzluq edən 66 yaşlı jurnalist HƏBS OLUNDU
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib. -ın xəbərinə görə, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi "xidmət" qarşılığınd
04.11.2026 341