Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunur

Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunurMedia Tәhlil Mәrkәzi Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə master-klas təşkil edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin əməkdaşı Cəmalə Əliyeva qeyd edib ki, təlimin məqsədi ölkədə həyata keçirilən media və kommunikasiya islahatlarına töhfə vermək, kommunikasiya sahəsinin hazırki dinamik mühitdə inkişafını təşviq etmək, kommunikasiyaya məsul şəxslərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.

Media Təhlil Mərkəzinin baş mütəxəssisi Yunis Orucov isə çıxışında bildirib ki, MTM tərəfindən növbəti dəfə təşkil olunan beynəlxalq təlim mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədi daşıyır: "Təlim müddətində iştirakçılar müzakirələrə qoşulacaq, sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər. Əminəm ki, bugünkü təlimdə veriləcək məlumatlar onlar üçün çox faydalı olacaq".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, təlimin təşkil edilməsində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsi, effektiv ünsiyyətin təmin edilməsi, dövlət və qeyri-hökumət təşkilatları ilə ictimaiyyət arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsidir. Əhməd İsmayılov vurğulayıb ki, qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә artıq ikinci dəfə baş tutacaq master-klası London şәhәr Universitetinin jurnalistika üzrә professoru, "The Media Society" təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparacaq.
Müxtәlif sessiyaları әhatә edәcәk 3 günlük təlim 3-5 may tarixlərində ADA Universitetində keçiriləcək. İştirakçılar müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulacaq, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak edәcәklәr. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, master-klasın keçirilməsində əsas məqsəd mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.

Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunurMətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunurMətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunurMətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunurMətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunurMətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunur


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 660   Tarix: 03 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 131
.

Polisin barmağını dişləyən şəxs saxlanıldı

İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu

11:47 124
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 372
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 360
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 165
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 159
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 342
.

Vestminster Sarayı fəlakətlə üz-üzədir

Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb. Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasını

04.11.2026 343
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

04.11.2026 337
.